Son Xəbərlər
Paytaxtın Xəzər rayonunda açıq ərazidə yanğın baş verib. Liderxeber.az xəbər
İyunun 20-si gündüz Azərbaycanın dağlıq və dağətəyi rayonlarında, 21-i
İyunun 20-si gündüzdən 22-dək Bakıda və Abşeron yarımadasında, eyni zamanda
Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan
Vəfat etdikdə, habelə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə xəbərsiz
Rumıniyada keçirilən Yeniyetmələrin Balkan Riyaziyyat Olimpiadasında (JBMO
Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Üzgüçülük Federasiyasının birgə
Bolqarıstanın ÇSKA klubu yay təlim-məşq toplanışının proqramına düzəliş edib.
“Bənövşəyi xəttin tikilməkdə olan 6-cı stansiyası həm də “Nizami” stansiyası
Rusiyanın NATO ilə birbaşa toqquşması qısa müddətdə qarşılıqlı nüvə

“Trendyol”un hazırda 250 min satıcısı var”

30 sen 2025, 14:00
“Trendyol”un hazırda 250 min satıcısı var”

“Hazırda Türkiyədə onlayn pərakəndənin ümumi pərakəndədə payı cəmi 20%-dir”.

Liderxeber.az xəbər verir ki, bunu “Trendyol” şirkətinin Beynəlxalq İnkişaf Departamentinin rəhbəri İrem Çağrı Yılandil “PAŞA Holding”in təşkilatçılığı ilə Bakıda keçirilən “INMerge” İnnovasiya Sammiti 2025 çərçivəsində keçirilən panel müzakirəsində deyib.

Onun sözlərinə görə, “Trendyol”un hazırda 250 min satıcısı var və şirkət onları yalnız Türkiyədə 30 milyon müştəri ilə əlaqələndirir: “Beş il əvvəl Türkiyədə onlayn pərakəndənin ümumi pərakəndədə payı cəmi 10% idi. Beş il ərzində bu göstərici 20%-ə çatıb. Əlbəttə ki, bunu COVID-19 pandemiyası dövrü də sürətləndirib. Lakin ən əhəmiyyətli məsələ odur ki, bizim kimi yerli oyunçular rəqəmsallaşma üçün çox səy göstəriblər və biz istehlakçıların etimadını qazandıq”. 

O qeyd edib ki, şirkət iki il əvvəl beynəlxalq baxımdan genişlənməyə başlayıb: “Hazırda biz Səudiyyə Ərəbistanı, BƏƏ-də, o cümlədən Gürcüstan, Azərbaycan, Rumıniya, Yunanıstan, Bolqarıstan kimi ölkələrdə fəaliyyət göstəririk. Bu məqamda qeyd etmək istərdim ki, Rumıniyada hazırda onlayn pərakəndənin ümumi pərakəndə üzərindəki payı 10-12%-dir. Bu göstərici Səudiyyə Ərəbistanında 9%, Mərkəzi Asiyada isə 5-7%-dir. Bu mənada böyük bir potensial var. Biz, xüsusilə, regionumuzdakı regional oyunçular üçün böyük bir inkişaf sahəsinin olduğuna inanırıq”.