Son Xəbərlər
Paytaxtın Xəzər rayonunda açıq ərazidə yanğın baş verib. Liderxeber.az xəbər
İyunun 20-si gündüz Azərbaycanın dağlıq və dağətəyi rayonlarında, 21-i
İyunun 20-si gündüzdən 22-dək Bakıda və Abşeron yarımadasında, eyni zamanda
Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan
Vəfat etdikdə, habelə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə xəbərsiz
Rumıniyada keçirilən Yeniyetmələrin Balkan Riyaziyyat Olimpiadasında (JBMO
Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Üzgüçülük Federasiyasının birgə
Bolqarıstanın ÇSKA klubu yay təlim-məşq toplanışının proqramına düzəliş edib.
“Bənövşəyi xəttin tikilməkdə olan 6-cı stansiyası həm də “Nizami” stansiyası
Rusiyanın NATO ilə birbaşa toqquşması qısa müddətdə qarşılıqlı nüvə

Dünyanın ən hündür körpüsü tikildi - Foto

26 sen 2025, 08:03
Dünyanın ən hündür körpüsü tikildi - Foto

Çinin Quycou əyalətində inşa edilmiş dünyanın ən hündür körpüsü sentyabrın 28-də istifadəyə veriləcək.

Liderxeber.az xəbər verir ki, Beypan çayının üzərində, Huacin Böyük kanyonunda tikilən körpü çaydan 625 metr yüksəklikdə yerləşir. Bu, Eyfel qülləsinin hündürlüyündən 2 dəfə çoxdur.

Ümumi uzunluğu 2 min 890, asma hissəsinin uzunluğu 1420 metr olan Huacin Böyük kanyonu körpüsü həm də dünyada dağlıq ərazidə inşa edilən ən uzun asma körpüdür. Liupənşuy şəhəri ilə Çiensinan muxtar prefekturasını birləşdirən körpünün tikintisinə 2022-ci ildə başlanılıb. Bu yaxınlarda inşası başa çatan körpüdə müvafiq texniki sınaqlar keçirilib.

Qeyd edək ki, hazırda istifadədə olan ən hündür körpü də Çində, Quycou əyalətində Beypan çayının üzərindəki başqa körpüdür. Ginnesin Rekordlar Kitabına düşən “Beypancian” körpüsü çaydan 565,4 metr yüksəklikdə yerləşir.