Son Xəbərlər
Paytaxtın Xəzər rayonunda açıq ərazidə yanğın baş verib. Liderxeber.az xəbər
İyunun 20-si gündüz Azərbaycanın dağlıq və dağətəyi rayonlarında, 21-i
İyunun 20-si gündüzdən 22-dək Bakıda və Abşeron yarımadasında, eyni zamanda
Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan
Vəfat etdikdə, habelə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə xəbərsiz
Rumıniyada keçirilən Yeniyetmələrin Balkan Riyaziyyat Olimpiadasında (JBMO
Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Üzgüçülük Federasiyasının birgə
Bolqarıstanın ÇSKA klubu yay təlim-məşq toplanışının proqramına düzəliş edib.
“Bənövşəyi xəttin tikilməkdə olan 6-cı stansiyası həm də “Nizami” stansiyası
Rusiyanın NATO ilə birbaşa toqquşması qısa müddətdə qarşılıqlı nüvə

Türkiyədə yeni nazirlik yaradılır

19 sen 2025, 10:05
Türkiyədə yeni nazirlik yaradılır

Türkiyə Prezident Administrasiyasında yeni nazirliyin yaradılması müzakirə edilir.

Liderxeber.az "Haber Global"a istinadən xəbər verir ki, bələdiyyələrə bağlı yanğınsöndürmə xidmətləri də daxil olmaqla, fəlakətlə əlaqəli dövlət qurumlarını birləşdirəcək Təbii Fəlakətlə Mübarizə Nazirliyinin yaradılması təklif olunub.

Yeni qurulacaq nazirliyin fəlakət risklərinin müəyyən edilməsi, qiymətləndirilməsi, azaldılmasına yönəlik fəaliyyətlərin həyata keçirilməsi və nəzarət edilməsi ilə fəlakət zamanı və sonra həyata keçirilən müdaxilə işlərinin effektivliyinin artırılması üçün qurumların ixtisas sahələrini nəzərə alaraq səlahiyyət və məsuliyyətləri tənzimləməsi planlaşdırılır.

Təbii fəlakətlərə davamlı tikintilərlə bağlı qanunvericilik nəzərdən keçiriləcək, yeni tikilən bütün infrastrukturlarda təhlükələr hərtərəfli nəzərə alacaq.

Qurum, həmçinin iqlim dəyişikliyindən qaynaqlanan təhlükələrə dair regional səviyyədə xüsusiləşdirilmiş təlimatlar hazırlayacaq.

Fəlakət zamanı fasiləsiz xidmət göstərə biləcək kəsintisiz təhlükəsiz rabitə sisteminin yaradılması məqsədilə 81 bölgədə rəqəmsal radio infrastrukturunun qurulmasını tamamlayacaq.