Son Xəbərlər
Paytaxtın Xəzər rayonunda açıq ərazidə yanğın baş verib. Liderxeber.az xəbər
İyunun 20-si gündüz Azərbaycanın dağlıq və dağətəyi rayonlarında, 21-i
İyunun 20-si gündüzdən 22-dək Bakıda və Abşeron yarımadasında, eyni zamanda
Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan
Vəfat etdikdə, habelə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə xəbərsiz
Rumıniyada keçirilən Yeniyetmələrin Balkan Riyaziyyat Olimpiadasında (JBMO
Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Üzgüçülük Federasiyasının birgə
Bolqarıstanın ÇSKA klubu yay təlim-məşq toplanışının proqramına düzəliş edib.
“Bənövşəyi xəttin tikilməkdə olan 6-cı stansiyası həm də “Nizami” stansiyası
Rusiyanın NATO ilə birbaşa toqquşması qısa müddətdə qarşılıqlı nüvə

ABŞ-də tələbələrin viza ləğvi dayandırıldı

22 apr 2025, 15:06
ABŞ-də tələbələrin viza ləğvi dayandırıldı

ABŞ-nin Oreqon ştatında məhkəmə vizası ləğv edilmiş iki beynəlxalq tələbənin hüquqi statusunun bərpa olunması üçün viza ləğvini müvəqqəti olaraq dayandırıb.

Liderxeber.az xarici mediaya istinadən xəbər verir ki, Oreqon Dövlət Universitetində təhsil alan iki magistr tələbəsi bu ayın əvvəlində viza ləğvi qərarına qarşı məhkəməyə müraciət edib. ABŞ Federal Hakimi Maykl MakŞeyn tələbələrin müraciəti əsasında 14 günlük müvəqqəti müdafiə qərarı verib.

Hakim MakŞeyn ABŞ Göç və Gömrük Mühafizə Xidmətinin (ICE) tələbələrin hüquqi statusunu hansı qaydalara əsasən ləğv etdiyini sorğulayaraq bildirib: "Bu cür prosedurların qanuniliyini müəyyən edən qaydalar olmalıdır. ICE burada hansı tənzimləməni tətbiq edir?"

Daxili Təhlükəsizlik Nazirliyini təmsil edən köməkçi prokuror Patrik J. Konti isə məsələ ilə bağlı bütün məlumatların toplanmasına kifayət qədər vaxt olmadığını, tələbələrin isə hələ bərpa olunmaz bir zərərlə üzləşmədiyini qeyd edib.