Son Xəbərlər
Paytaxtın Xəzər rayonunda açıq ərazidə yanğın baş verib. Liderxeber.az xəbər
İyunun 20-si gündüz Azərbaycanın dağlıq və dağətəyi rayonlarında, 21-i
İyunun 20-si gündüzdən 22-dək Bakıda və Abşeron yarımadasında, eyni zamanda
Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan
Vəfat etdikdə, habelə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə xəbərsiz
Rumıniyada keçirilən Yeniyetmələrin Balkan Riyaziyyat Olimpiadasında (JBMO
Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Üzgüçülük Federasiyasının birgə
Bolqarıstanın ÇSKA klubu yay təlim-məşq toplanışının proqramına düzəliş edib.
“Bənövşəyi xəttin tikilməkdə olan 6-cı stansiyası həm də “Nizami” stansiyası
Rusiyanın NATO ilə birbaşa toqquşması qısa müddətdə qarşılıqlı nüvə

Ukraynaya tədarük edilən "Storm Shadow" qanadlı raketlərinin istehsalı iki dəfə artırılır

14 apr 2025, 14:08
Ukraynaya tədarük edilən "Storm Shadow" qanadlı raketlərinin istehsalı iki dəfə artırılır

Ukraynaya tədarük edilən "Storm Shadow" qanadlı raketlərinin istehsalçısı kimi tanınan Avropanın MBDA müdafiə şirkəti, 2025-ci ildə istehsal həcmini 2023-cü illə müqayisədə iki dəfə artırmağı planlaşdırır.

Liderxeber.az-ın məlumatına görə, bu barədə şirkətin baş direktoru Erik Beranje "Financial Times" qəzetinə müsahibəsində bildirib.

"İstehsalı artırmaq çağırışları ilə mübarizə aparmaq üçün, belə demək mümkünsə, daha çox sənayeyönümlü olmalıyıq", - deyə Beranje vurğulayıb.

O qeyd edib ki, şirkətə hərbiçilər, xüsusilə də "Aster" zenit idarəolunan raketlərinin tədarükünü sürətləndirməyi tələb edən Fransa ordusu tərəfindən "intensiv təzyiq" göstərilir.

İstehsal xəttini modernləşdirmək üçün MBDA artıq onmilyonlarla avro sərmayə qoyub. Əlavə robotlaşdırılmış dəzgahlar quraşdırılıb və iş növbələrinin sayı artırılıb. Nəticədə, əvvəllər üç ildən çox olan "Aster" raketlərinin istehsal dövrünü iki ilə qədər azaltmaq mümkün olub.

Bundan əlavə, MBDA podratçıların alınması və şaquli inteqrasiya vasitəsilə əsas komponentlər üzərində nəzarəti genişləndirmək imkanını nəzərdən keçirir. Bu, istehsalı sürətləndirməyə və çatışmazlıqdan qaçmağa imkan verəcək. Lakin bu plan birgə müəssisənin iştirakçı ölkələri olan Fransa, Böyük Britaniya və İtaliya tərəfindən etirazlarla qarşılaşıb. Onlar istehsal arxitekturasındakı dəyişikliyin transmilli konsern daxilində milli təsiri zəiflədə biləcəyindən narahatdırlar.

MBDA - "Airbus" (Fransa), "BAE Systems" (Böyük Britaniya) və "Leonardo" (İtaliya) şirkətlərinin birgə müəssisəsidir. Şirkət "hava-hava", "hava-yer", "yer-hava" və gəmi əleyhinə raketlər də daxil olmaqla geniş çeşiddə raketlər istehsal edir.