Son Xəbərlər
Paytaxtın Xəzər rayonunda açıq ərazidə yanğın baş verib. Liderxeber.az xəbər
İyunun 20-si gündüz Azərbaycanın dağlıq və dağətəyi rayonlarında, 21-i
İyunun 20-si gündüzdən 22-dək Bakıda və Abşeron yarımadasında, eyni zamanda
Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan
Vəfat etdikdə, habelə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə xəbərsiz
Rumıniyada keçirilən Yeniyetmələrin Balkan Riyaziyyat Olimpiadasında (JBMO
Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Üzgüçülük Federasiyasının birgə
Bolqarıstanın ÇSKA klubu yay təlim-məşq toplanışının proqramına düzəliş edib.
“Bənövşəyi xəttin tikilməkdə olan 6-cı stansiyası həm də “Nizami” stansiyası
Rusiyanın NATO ilə birbaşa toqquşması qısa müddətdə qarşılıqlı nüvə

Dünyanın ən çoxsaylı ordusu: ABŞ, Çin və Rusiya ilk üçlükdə deyil

14 apr 2025, 13:53
Dünyanın ən çoxsaylı ordusu: ABŞ, Çin və Rusiya ilk üçlükdə deyil

Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun (IISS) 2025-ci il üçün açıqladığı hesabatda dünyanın ən çoxsaylı ordularına malik ölkələrin siyahısı təqdim olunub.

Liderxeber.az xəbər verir ki, siyahıya 7,5 milyon əsgərlə Şimali Koreya liderlik edir. ABŞ, Çin və Rusiya isə ilk üçlükdə yer almaması ilə diqqət çəkib.

Siyahının zirvəsində 7 milyon 500 min hərbçi ilə Şimali Koreya dayanır. Onu 6,6 milyon hərbçi ilə Cənubi Koreya və 5,4 milyon əsgərlə Vyetnam izləyir. Dördüncü yerdə Hindistan (4,2 milyon), beşinci yerdə isə Rusiya (3,2 milyon) qərarlaşıb. Çin 3,04 milyon hərbçi ilə altıncı sırada yer alır.

Dünyanın ən böyük hərbi büdcəsinə malik ölkəsi olan ABŞ yalnız 2,1 milyon əsgərlə 9-cu yerdə qərarlaşıb. Bu isə müasir döyüş anlayışında saydan çox texnologiya və peşəkar qüvvələrin ön planda olduğunu göstərir. Türkiyə 894 min 700 hərbçi ilə 13-cü yerdə qərarlaşıb.

Siyahıya əsasən, Azərbaycan 383 min 200 hərbçi ilə dünyanın ən çoxsaylı ordulara malik ölkələri sırasında yer alır. Bu göstərici ilə Azərbaycan, regionda hərbi güc baxımından önəmli mövqe tutur.

Ən çoxsaylı ordular – İlk 10-luq:

  1. Şimali Koreya – 7,5 milyon

  2. Cənubi Koreya – 6,6 milyon

  3. Vyetnam – 5,4 milyon

  4. Hindistan – 4,2 milyon

  5. Rusiya – 3,2 milyon

  6. Çin – 3,04 milyon

  7. Pakistan – 1,5 milyon

  8. Tayvan – 1,8 milyon

  9. ABŞ – 2,1 milyon

  10. Braziliya – 2,1 milyon