Son Xəbərlər
Paytaxtın Xəzər rayonunda açıq ərazidə yanğın baş verib. Liderxeber.az xəbər
İyunun 20-si gündüz Azərbaycanın dağlıq və dağətəyi rayonlarında, 21-i
İyunun 20-si gündüzdən 22-dək Bakıda və Abşeron yarımadasında, eyni zamanda
Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan
Vəfat etdikdə, habelə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə xəbərsiz
Rumıniyada keçirilən Yeniyetmələrin Balkan Riyaziyyat Olimpiadasında (JBMO
Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Üzgüçülük Federasiyasının birgə
Bolqarıstanın ÇSKA klubu yay təlim-məşq toplanışının proqramına düzəliş edib.
“Bənövşəyi xəttin tikilməkdə olan 6-cı stansiyası həm də “Nizami” stansiyası
Rusiyanın NATO ilə birbaşa toqquşması qısa müddətdə qarşılıqlı nüvə

Tramp ABŞ-nin gömrük rüsumlarının səbəbini açıqladı

07 apr 2025, 12:02
Tramp ABŞ-nin gömrük rüsumlarının səbəbini açıqladı

ABŞ Prezidenti Donald Tramp aprelin 2-də elan edilmiş gömrük rüsumlarını yüksək qiymətləndirib.

Liderxeber.az-ın verdiyi məlumata görə, bu barədə o, "Truth Social"da yazıb.

"Bizim Çin, Avropa İttifaqı və bir çox başqa ölkələrlə böyük maliyyə defisitimiz var. Yeganə həll yolu hazırda ABŞ-yə onmilyardlarla dollar gətirən rüsumlardır. Onlar artıq işləyir və bu, gözəl mənzərədir", - deyə Tramp bildirib.

O həmçinin ümid etdiyini bildirib ki, bir gün skeptiklər bu tədbirlərin ABŞ üçün nə qədər faydalı olduğunu anlayacaqlar.

Xatırladaq ki, aprelin 2-də Tramp 185 ölkə və ərazidən gələn məhsullara gömrük rüsumlarının tətbiqini elan edib. Tariflərin tətbiq olunduğu ölkələr arasında Azərbaycan da var. Ölkəmiz üçün minimal 10% həcmində gömrük rüsumu müəyyən edilib.