Son Xəbərlər
Paytaxtın Xəzər rayonunda açıq ərazidə yanğın baş verib. Liderxeber.az xəbər
İyunun 20-si gündüz Azərbaycanın dağlıq və dağətəyi rayonlarında, 21-i
İyunun 20-si gündüzdən 22-dək Bakıda və Abşeron yarımadasında, eyni zamanda
Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan
Vəfat etdikdə, habelə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə xəbərsiz
Rumıniyada keçirilən Yeniyetmələrin Balkan Riyaziyyat Olimpiadasında (JBMO
Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Üzgüçülük Federasiyasının birgə
Bolqarıstanın ÇSKA klubu yay təlim-məşq toplanışının proqramına düzəliş edib.
“Bənövşəyi xəttin tikilməkdə olan 6-cı stansiyası həm də “Nizami” stansiyası
Rusiyanın NATO ilə birbaşa toqquşması qısa müddətdə qarşılıqlı nüvə

Zelenskidən ilk açıqlama - Ukrayna qeyd-şərtsiz atəşkəsi qəbul etdi

20 mar 2025, 09:20
Zelenskidən ilk açıqlama - Ukrayna qeyd-şərtsiz atəşkəsi qəbul etdi

“ABŞ Prezidenti Donald Trampla çox mənalı, müsbət və səmimi söhbətim oldu”.

Liderxeber.az xəbər verir ki, bunu Donald Trampla telefon danışığından sonra Ukrayna Prezidenti Volodimir Zelenski “X” hesabında yazıb.

Zelenskinin sözlərinə görə, Ukrayna və Amerika heyətləri sülhə nail olmaq üçün addımların əlaqələndirilməsini davam etdirmək üçün yaxın günlərdə Səudiyyə Ərəbistanında görüşməyə hazırdır:

“Mən Donald Trampa martın 11-də Ciddədə Ukrayna və Amerika komandalarının işinin yaxşı və məhsuldar başlamasına görə təşəkkür etdim - komandaların bu görüşü müharibənin sona çatması istiqamətində irəliləyişə əhəmiyyətli dərəcədə kömək etdi. Biz razılaşdıq ki, müharibəni sona çatdırmaq üçün Ukrayna və Amerika birlikdə çalışmalıdır. Bu il davamlı sülh əldə edilə bilər”, - deyə Zelenski əlavə edib.

Ukrayna lideri bildirib ki, Tramp Putinlə söhbətinin təfərrüatlarını və müzakirə olunan əsas məsələləri onunla bölüşüb:

“Müharibənin tam dayandırılması üçün ilk addımlardan biri enerji və digər mülki infrastruktura hücumları dayandırmaq ola bilər. Mən bu addımı dəstəklədim və Ukrayna tərəfi olaraq, təsdiq etdim ki, biz onu həyata keçirməyə hazırıq. Komandalarımız Ciddədə bu addımı müzakirə ediblər. Amerika tərəfi də cəbhə xəttində qeyd-şərtsiz atəşkəs təklif etdi və Ukrayna da bu təkliflə razılaşdı. Hesab edirik ki, atəşkəs dövründə hərtərəfli sülh sazişinin hazırlanmasına imkan yaratmaq üçün belə addımlar lazımdır”.

Bundan əlavə, Prezident Trampa döyüş meydanındakı vəziyyət və Rusiya zərbələrinin nəticələri barədə son məlumatı təqdim etdiyini bildirib: “Biz Kursk vilayətindəki vəziyyət barədə danışdıq, hərbi əsirlərin azad edilməsi və rus qoşunları tərəfindən əsir götürülən ukraynalı uşaqların geri qaytarılması məsələsinə toxunduq. Həmçinin, Ukraynanın hava hücumundan müdafiə sisteminin vəziyyətini və insanların həyatını qorumaq üçün onun gücləndirilməsi imkanlarını müzakirə etdik”.