Dəniz, iyunun 15-i çimərlik mövsümünün başlaması ilə insanların dincəlmək üçün üz tutduqları ünvanlardan birinə çevrilib. İstirahət funksiyası ilə yanaşı dəniz suyunun faydaları bir çoxumuza bəllidir.
Liderxeber.az dəniz suyunun faydaları və zərərləri ilə bağlı araşdırmanı təqdim edir.
Duzlu dəniz suyunda insan sağlamlığı üçün vacib olan çoxlu maqnezium var. Maqnezium çatışmazlığı özü ilə bir çox sağlamlıq problemlərini də gətirir. Dəniz suyundakı maqnezium dəri vasitəsilə sovrulur. Yuxusuzluq , sinir sistemi problemləri, maqnezium çatışmazlığına bağlı halsızlıq və yorğunluq kimi şikayətlər dəniz suyunun təsiri ilə aradan qaldırıla bilər.
Dəniz suyu həmçinin immunitet sistemini gücləndirir. Onun tərkibində immunitet sisteminə müsbət təsir göstərdiyi sübut edilmiş çoxlu komponentlər var.
Daha sonra bu duzlu su astma və saman qızdırması kimi tənəffüs sistemi xəstəlikləri üçün əla təbii müalicə üsuludur. Hətta tərkibində okean suyu olan burun üçün spreylər hazırlanıb.
Dənizdə üzmək zehni rahatlaşdırır və stressi azaldır. Dəniz suyunda olan maqnezium və brom beyində serotonin , melatonin və triptamin səviyyələrini tənzimləyir. Yüngül və orta dərəcəli depressiya əlamətləri üçün təbii müalicə üsulu kimi üstünlük verilir .
Dəniz suyunun tərkibində insan sağlamlığı üçün 90-a yaxın faydalı və müalicəvi maddə var. Dəniz suyunun tərkibindəki minerallar qan dövranını tənzimləyərək ürək sağlamlığını qoruyur.
Dəniz suyu ağrıkəsici təsirə malikdir. Oynaq ağrılarını və əzələ ağrılarını aradan qaldırır.
Dənizdə üzgüçülük limfa damarlarına və toxumalarına təzyiq göstərir.
Dəniz suyunda olan kalium xlorid dəri sağlamlığına müsbət təsir edən bir maddədir. Duzlu dəniz suyu üz üçün, eləcə də xroniki dəri xəstəlikləri faydalıdır.
Belə ki, dəniz suyunda olan maqnezium dərini cavanlaşdırır, dərinin rütubətini tarazlaşdırır və daha gənc görünməsini təmin edir, dərinin elastikliyini artırır və qocalma əlamətlərini azaldır, sızanaq və qara nöqtələrin əmələ gəlməsinin qarşısını alır və mövcud olanları qurudur, dərini bərpa edərək sızanaq izlərinin görünüşünü yüngülləşdirir.
Həmçinin yaraların sağalmasını sürətləndirən dəniz suyunun faydaları arasında ekzema, göbələk kimi dəri xəstəliklərində müalicəvi rolu var.
Dəniz suyunun faydaları qədər zərərləri də var.
Belə ki, daim suda qaldıqda dərinin örtük təbəqəsi zədələnə bilər. Suda uzun müddət qalmaq dərinin qurumasına və infeksiyalara qarşı həssas olmasına səbəb ola bilər. Mütəxəssislər məsləhət görür ki, insanlar dənizdə 1 saatdan çox qalmamağa üstünlük versinlər və günəş şüalarından qorunmaq üçün yüksək qoruyucu faktorlu kremlərdən istifadə etsinlər.
Dənizdə olarkən həddindən artıq su içmək susuzluğa səbəb olur.
Dəniz suyu içmək və ya çox uzun müddət dənizdə qalmaq ishal, qusma, baş ağrısı və huşunu itirməyə gətirib çıxarır.
Çox dəniz suyunda qaldıqda çox günəşə də məruz qalınır və dəniz suyundakı duz günəşin təsiri ilə dəridə yanıqlara səbəb ola bilər.