Son Xəbərlər
ABŞ İranla əldə olunan razılaşma çərçivəsində Tehranın 24 milyard dollar
Ölkənin avtomobil yollarında sabaha olan vəziyyət açıqlanıb. Liderxeber.az
15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluş Kuboku – 2026”
Hindistanın Hərbi Hava Qüvvələrinə məxsus “An-2” hərbi-nəqliyyat təyyarəsi
Bu gün “Son zəng”in ilk dəfə çalındığı təhsil müəssisələrindən biri də Ağdam
Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə
“Diplomatik mənbələr Rusiyanın iyunun 7-də Ermənistanda keçirilən parlament
ABŞ Prezidenti Donald Trampın İranla yaxın günlərdə saziş imzalaya biləcəyinə
Yəməndə təhlükəli dırmanış videoları ilə tanınan və sosial şəbəkələrdə
Bu gün Azərbaycanda “Son zəng” günüdür. Liderxeber.az xəbər verir ki, bu il

Kirayə mexanizmi ilə 399 yeni mənzil satışa çıxarılıb

20 iyn 2024, 17:50
Kirayə mexanizmi ilə 399 yeni mənzil satışa çıxarılıb

Satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində vətəndaşlara daha 399 yeni, tam təmirli mənzillər satışa çıxarılıb.

Bu barədə Liderxeber.az-a İpoteka və Kredit Zəmanət Fondundan (Fond) bildirilib. Fondun təklif ediyi yaşayış sahələrinin siyahısına Abşeron rayonunun Məmmədli kəndi, Zabrat-Kürdəxanı şossesi ünvanında yerləşən kompleksdə 147 yeni mənzil əlavə edilib. Mənzillər 1 və 3 otaqlı olmaqla, aylıq ödənişləri 520 manatdan başlayır.

Daha 252 mənzil isə Abşeron rayonu, Saray qəsəbəsi, Məhəmməd Əsədov küçəsində yerləşən kompleksdə təklif olunur ki, bunlar da 1 və 2 otaqlı yaşayış sahələridir. Mənzillərin aylıq ödənişi 376 manatdan başlayır.

Yeni mənzillər Elektron ipoteka və kredit zəmanət sistemi (EİKZS) üzərindən seçim üçün 28 iyun 2024-cü il tarixindən etibarən açıq olacaq. Vətəndaşlar yaşayış kompleksləri üzrə təklif olunan mənzillərin siyahısı ilə bu keçid vasitəsilə tanış ola bilərlər.

Qeyd edək ki, Abşeron rayonunun Məmmədli kəndində yaşayış sahələrinin vətəndaşların seçiminə verilməsi ilə satmaq öhdəliyi ilə kirayə mənzil fonduna daxil olan ünvanların sayı 14-ə çatdırılıb. Onlardan 6 yaşayış kompleksi Bakı şəhərində, 6-sı Abşeron rayonunda, 2 yaşayış kompleksi isə Sumqayıt şəhərində yerləşir.

İndiyədək satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində 4700-ə yaxın vətəndaşla kirayə müqaviləsi bağlanıb.

Müraciətlərin qəbulu, onlara baxılması, yaşayış sahələrinin seçilməsi və rəsmiləşdirilməsi barədə ətraflı məlumatı Fondun rəsmi internet səhifəsindən (www.mcgf.gov.az), “1549” Çağrı Mərkəzinə zəng etməklə, elektron sistemdən istifadəyə dair məlumatı isə EİKZS-də yerləşdirilmiş təlimatdan əldə etmək mümkündür.