Son Xəbərlər
Ötən gecə Ağdaşda baş vermiş qəzada xəsarət alan şəxs xəstəxanada vəfat edib.
“Trabzonspor”un ukraynalı futbolçusu Aleksandr Zubkov Yunanıstanın AEK klubuna
Türkiyədə tanınmış aktyor Onur Tuna, sosial media fenomenləri Özgür Deniz
"Bina və qurğuların layihələndirilməsində əlilliyi olan şəxslər üçün
Peşəkar Futbol Liqasının (PFL) prezidenti postu ilə bağlı yeni bir namizədin
İyunun 11-də ABŞ, Meksika və Kanadadan başlayacaq dünya çempionatında iştirak
20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yoxlama oyununda
Uşaqların I sinfə elektron qəbulu prosesində üstünlük hüququ tətbiq edilən
Türkiyəli məşhur müğənni Sibel Can evlənir. Liderxeber.az Türkiyə KİV-ə
Moldova Rusiya ilə vizasız rejimi ləğv etmək istəyir. Liderxeber.az

Dondurma havası - Bunlara diqqət edin!

04 iyn 2024, 08:27
Dondurma havası - Bunlara diqqət edin!

İsti yay aylarında sərinləmək üçün hər kəsin ilk müraciət etdiyi qidalardan biri dondurmadır. Dondurma həm sərinliyinə, həm də dadına görə böyükdən-kiçiyə hər kəsin ləzzət aldığı qidalardandır. Yay aylarında dondurma istehlakının artması ilə boğaz ağrısı və infeksiyalarda da artım ola bilər. Bu vəziyyətin qarşısını almaq üçün dondurma istehlakına nəzarət edilməlidir.

 Liderxeber.az Türkiyə KİV-ə istinadən dondurma haqda bəzi məsləhətləri təqdim edir:

Yaz aylarında dondurma istehlakını ideal səviyyədə saxlamalısınız. Dadlı olsa da, dondurma həm də bir desert növüdür və həddindən artıq istehlak edildikdə sağlamlığınıza zərər verə bilər. Yay aylarında dondurma yeyərkən və ya sonra içdiyiniz suyun çox soyuq və ya çox isti olmamasına da diqqət yetirməlisiniz.

Dondurma istehlak edərkən nələrə diqqət edilməlidir?

Dondurma pəhriz saxlayanları kalorisi ilə bağlı narahat edə bilər. 60 qramlıq dondurmanın (təxminən 2top) kalori dəyəri 140-dır. Pəhriz saxlayırsınızsa və ya vücudunuza daxil olan kalori miqdarına nəzarət etmək istəyirsinizsə, dondurma porsiyalarınızı istehlak vərdişlərinizə görə nizamlaya bilərsiniz.

Yemək vərdişlərinizdən asılı olaraq gündə neçə dondurma yeyəcəyiniz sualını da müəyyən edə bilərsiniz. Ancaq boğaz sağlamlığınızı qorumaq üçün həddindən artıq dondurma istehlakından qaçınmalısınız. Dondurma istehlak edərkən tez yemək əvəzinə ağzınızda kiçik dilimlərdə əritsəniz, boğaz infeksiyalarının qarşısını ala bilərsiniz. Çox diqqətli olmalısınız ki, aldığınız dondurma keyfiyyətli istehsal edilən yerlərdən olsun. Bu növ qidalar sağlamlığınıza zərər verə bilər və müxtəlif xəstəliklərə tutulmağınıza səbəb ola bilər. Yediyiniz dondurmaların son istifadə tarixlərinə diqqət etməlisiniz. Tərkibində süd məhsulları olan dondurma növləri müddəti bitdikdə mədə narahatlığına və müxtəlif xəstəliklərə səbəb ola bilər. Odur ki, dondurma almadan əvvəl yararlılıq müddətini yoxlamaq daha yaxşıdır.

Dondurmanı nə vaxt yemək lazımdır?

Dondurmanı nə vaxt yemək sualı dondurma sevənlərin “hər zaman” kimi cavab verə biləcəyi sual olsa da, boğaz sağlamlığınızı qorumaq üçün hər zaman dondurma yeməməlisiniz. Dondurma acqarına yeyilməməlidir, bunun yerinə yediyiniz yeməkdən ən az 2 saat sonra dondurma istehlak etməlisiniz. Dondurma yalnız yay aylarında istehlak edilən bir qida deyil, amma soyuq havalarda dondurma istehlakı ümumiyyətlə tövsiyə edilmir. Keyfiyyətinə etibar etdiyiniz markaların istehsal etdiyi dondurmanı lazımi miqdarda istehlak etsəniz, heç bir problem olmadan onun dadını çıxara bilərsiniz.