Son Xəbərlər
Dekabrın 9-dan Bakı-Sumqayıt istiqamətində 594 nömrəli yeni ekspres avtobus
Ödənişli avtomagistrallardan istifadə qaydalarının pozulmasına görə cərimələr
Lənkəran Dövlət Dram Teatrı Füzuli Dövlət Dram Teatrının səhnəsində Rəhman
Azərbaycanda tikinti obyektlərinin və fərdi yaşayış evlərinin torpaq sahəsində
"Formula-1"in Niderland mərhələsi 2026-cı ildən sonra çempionatın
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "Zireh" MMC-ni
Bakıda və Abşeron yarımadasının bəzi yerlərində dekabrın 6-dan 7-si gündüzədək
Ceyhun Tağıyev Ədliyyə Nazirliyinin Strateji planlaşdırma və monitorinq baş
Bakıda “kartdan-karta” prinsipi ilə işlədiyinə görə 408 vergi ödəyicisinə
ABŞ-nin "İnter Mayami" klubunun futbolçusu Lionel Messi komanda
banner

“Nikosayağı” cəzasının böyük hissəsini evdə çəkə bilər

07 mar 2024, 12:50
“Nikosayağı” cəzasının böyük hissəsini evdə çəkə bilər

“Nikosayağı” adı ilə tanınan bloqer Nicat Şükürlü Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökmlə 5 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

LiderXəbər xəbər verir ki, hökmdə Nicata verilən cəzanın məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi qeyd edilib ki, bu da müzakirələrə səbəb olub. Belə ki, bir çoxları məntəqə tipli müəssisədə saxlanılma şəraiti və şərtlərinin fərqli olduğunu, məhkumun demək olar ki, azadlıqda olacağını düşünür. Bəzi insanlar isə məntəqə tipli müəssisədə cəza çəkən şəxslərin həbs şəraitində saxlanıldığını deyir.

Qanunvericiliyə əsasən məntəqə tipli cəzaçəkmə müəssisələrində ilk dəfə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlərə görə, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə məhkum olunmuş şəxslər saxlanıla bilər.

Cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydalarına əsasən ilk dəfə ağır cinayət törətmiş məhkumlar ümumi rejimli cəzaçəkmə müəssisələrindən məntəqə tipli cəzaçəkmə müəssisələrinə cəza müddətinin ən azı üçdə iki hissəsini çəkdikdə köçürülə bilər. Bundan başqa az ağır və ya böyük ictimai təhlükə törətməyən cinayət törətmiş məhkumlar ümumi rejimli cəzaçəkmə müəssisələrindən - məntəqə tipli cəzaçəkmə müəssisələrinə - cəza müddətinin ən azı üçdəbirini çəkdikdə həmin müəssisəələrə köçürülə bilər.

Məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkən və cəzaçəkmə müəssisəsindən kənarda, yaxud cəzaçəkmə müəssisəsinin istehsalat sahəsində əmək fəaliyyəti ilə məşğul olan məhkuma nümunəvi davranışına, əməyə və təhsilə vicdanlı münasibətinə, təlim-tərbiyə tədbirlərində fəal iştirakına görə cəzaçəkmə müəssisəsi müdiriyyətinin qərarı ilə əmək məzuniyyətini cəzaçəkmə müəssisəsinin hüdudlarından kənarda (yalnız Azərbaycan Respublikasının ərazisi hüdudlarında) keçirməyə icazə verilir.

Lakin məntəqə tipli cəzaçəkmə müəssisələrində cəzanın icrası qaydalarını qərəzli pozan məhkumlara bir ay müddətində müəssisədən kənara çıxmağın və ya üç ay ərzində istirahət və bayram günlərini cəzaçəkmə müəssisəsindən kənarda keçirməyin qadağan edilməsi kimi tənbeh tədbirləri, yaxud digər tənbeh tədbirləri tətbiq edilir.

Bu müəssisələrdə cəza çəkən şəxslər müəssisəni icazəsiz tərk edərsə, üzrsüz səbəbdən ayda iki dəfədən çox cəzaçəkmə müəssisəsinə vaxtında qayıtmazsa, onlara qarşı əlavə cəza tədbirləri də görülür.

Həmçinin qanunvericilikdə qeyd edilib ki, məntəqə tipli cəzaçəkmə müəssisələrində ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər ümumi rejimli cəzaçəkmə müəssisələrindən keçirilmiş şəxslərlə birgə cəza çəkirlər. Ümumi rejimli cəzaçəkmə müəssisələrindən keçirilmiş ağır və ya az ağır cinayətlərə görə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər məntəqə tipli cəzaçəkmə müəssisələrində digər məhkumlardan ayrı saxlanılırlar.

Bundan başqa məntəqə tipli cəzaçəkmə müəssisələrində məhkumlar mühafizəsiz, lakin nəzarət altında saxlanılırlar. Onlar üzərlərində müəyyən edilmiş nümunəli şəxsiyyəti təsdiq edən sənəd daşıyırlar və yuxudan durmaq vaxtından yatmaq vaxtınadək müəssisədə sərbəst hərəkət edə bilərlər. Həmçinin məhdudiyyət qoyulmadan qohumları ilə və başqa şəxslərlə yazışa və görüşə bilər, bağlama, sovqat və ya banderol ala bilərlər. Burada məhkumlar gündə bir dəfə müddəti on beş dəqiqə olmaqla telefonla danışa bilərlər. Eləcə də məişətdə istifadə edilən ümumi paltar geyinə, pul və qiymətli şeylər gəzdirə, puldan qeyri-məhdud istifadə edə bilərlər.

Məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkən məhkumların kommunal, yemək, maddi-məişət, tibbi-sanitariya və digər təminatları dövlət hesabına həyata keçirilir.

Qeyd edək ki, bloqer Nicat Şükürlü Cinayət Məcəlləsinin 263-1.3 (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda pozma – Ölümə səbəb olduqda) maddəsi ilə təqsirləndirilib və bu gün çıxarılan hökmlə 5 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Onun cəzasını məntəqə tipli müəssisədə çəkməsi qeyd edilib.

Xatırladaq ki, prokuror bloqerin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi şərtilə 6 il azadlıqdan məhrum edilməsini tələb etmişdi.

Hadisəyə gəlincə, ötən ilin avqustunda N.Şakirlinin idarə etdiyi “Porsche” markalı avtomobil TIR-a çırpılıb. Qəza nəticəsində avtomobildə olan bloqerin dostu Ruslan Məmmədov yerindəcə vəfat edib. N. Şakirli ağır xəsarət alıb, onun sağ yuxarı ətrafı dirsəkdən amputasiya edilib.