Son Xəbərlər
Çinin “Alibaba” şirkəti Pentaqonu məhkəməyə verib. Liderxeber.az xəbər verir
İyunun 26-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
"Aşura günü qanvermə aksiyasında iştirak edənlərin sayı ilbəil
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazılar Şurasının fətvasına əsasən, bu il
Almaniya hökuməti yaşlanan əhali və pensiya sisteminə artan təzyiqlər fonunda
İsveçrədə ABŞ ilə danışıqlar zamanı İran heyəti Belçika-İran matçını izləyib.
İsrail və Livan nümayəndələri Vaşinqtonda keçirilən danışıqlarda İsrail
Azərbaycan Prezidenti İlham Əliyev bu gün İran İslam Şurası Məclisinin sədri
Azərbaycan Qiymətləndiricilər Palatası (AQP) qanunun tələblərinə zidd olaraq
“Hər bir müsahibədə Elm və Təhsil Nazirliyi olaraq müəyyən məqamlara toxunaraq

Oturaq işlə məşğul olanlar üçün sağlamlığı qorumağın yolları açıqlandı

15 apr 2026, 09:26
Oturaq işlə məşğul olanlar üçün sağlamlığı qorumağın yolları açıqlandı

"Oturaq iş zamanı əzələ tonusunu qorumaq üçün hər 30 dəqiqəlik fəaliyyətdən sonra qısa fasilə vermək tövsiyə olunur".

Liderxeber.az xəbər verir ki, bu barədə News.ru-ya rusiyalı yoqa-terapevt və homeopat Marina Orlova məlumat verib.

Mütəxəssis qan dövranını tənzimləmək üçün gündə ən azı 7 000 addım atmağın vacibliyini vurğulayıb:

"Müasir həyat tərzi bizi uzun müddət hərəkətsiz oturmağa məcbur edir. Bu isə maddələr mübadiləsinin yavaşlamasına, əzələ gərginliyinə, xroniki yorğunluğa və enerji itkisinə səbəb olur. Normal qan dövranını və əzələ funksiyasını qorumaq, orqanizmdə maye durğunluğunun qarşısını almaq üçün gündə orta hesabla 7 000 - 9 000 addım atılmalıdır. Bundan əlavə, gün ərzində 20-30 dəqiqəlik ortasəviyyəli aktivlik - sürətli gəzinti, yüngül idman, oynaq hərəkətləri və tənəffüs məşqləri olduqca faydalıdır. Bu, bədənin bərpa olunmasına kömək edir".

Ekspert qeyd edib ki, iş zamanı qısa fasilələrdə ayağa qalxmaq, bir az gəzmək, çiyin, boyun və bel nahiyəsi üçün sadə isinmə hərəkətləri etmək kifayətdir:

"Cəmi beş dəqiqə çəkən bu cür qısa məşqlər ümumi rifahınızı yaxşılaşdırır və əzələ gərginliyinin qarşısını alır".