Son Xəbərlər
“Mərkəzi Nəbatat Bağı” Publik Hüquqi Şəxsin İdarə Heyətinin sədri Əli Cəfərov
Dövlət Su Ehtiyatları Agentliyinin Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti
DÇ-2026-nın qrup mərhələsi çərçivəsində baş tutacaq Argentina - Əlcəzair
Fransada keçirilən G7 (Böyük Yeddilik) sammiti çərçivəsində Ukrayna Prezidenti
Dünya şöhrətli idman xadimi, "Şöhrət" ordenli, Əməkdar bədən
İran İsrailin Livana vuracağı hər hansı yeni zərbəni Vaşinqton ilə Tehran
TRT-nin şərhçisi Murat Ekrem Çimen ötən gün dünya çempionatının qrup
İyunun 17-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
Prezident İlham Əliyev qeyri-neft-qaz malları üzrə ixracın dəstəklənməsi ilə
Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasına seçkilərin 2026-cı il

Xoşbəxt olmağın sadə yolu açıqlandı

04 mar 2026, 10:30
Xoşbəxt olmağın sadə yolu açıqlandı

"Asta hərəkət edən insanların psixoloji vəziyyəti tələskənlərlə müqayisədə daha yaxşıdır".

Liderxeber.az xəbər verir ki, bu barədə rusiyalı psixoterapevt İrina Kraşkina Gazeta.ru nəşrinə açıqlamasında deyib. O bildirib ki, yavaş hərəkət etmək stresi azaldır və bunun nəticəsində insanlar daha xoşbəxt olurlar.

Psixoterapevt vurğulayıb ki, asta hərəkət edə bilmək tənbəllik və ya ambisiyanın olmaması demək deyil. Bu, səbir, özünütənzimləmə və zamana real yanaşmanın kombinasiyasıdır. Belə insanlar həyatlarını daim daha mənalı və daha azstresli kimi qiymətləndirirlər. Tədqiqatlar göstərir ki, yavaşlama təcrübələri daxili stresi azaldır və vaxt yetərliliyi hissini artırır ki, bu da birbaşa psixoloji vəziyyətin yaxşılaşmasına gətirib çıxarır.

Həkim əlavə edib ki, daim tələsmək bədəni simpatik sinir sistemi rejimində saxlayır. Nəticədə kortizol səviyyəsi yüksəlir, narahatlıq artır, yuxu və konsentrasiya pozulur.

"Əksinə, tələsməmək yaradıcı düşüncə və düşünmə qabiliyyəti ilə əlaqəli olan "istirahət və bərpa" rejimini aktivləşdirir. Bu, kortizol səviyyəsinin azalmasına və idrak elastikliyinin artmasına səbəb olur. Bir sözlə, səbir əsasdır. Tədqiqatlar göstərir ki, səbirli insanların zehni daha sağlam olur. Onlar, həmçinin daha az başağrısı və dəri iltihabına məruz qalırlar", - deyə İrina Kraşkina bildirib.

Psixoterapevtin sözlərinə görə, gündəlik həyatda - növbələrdə, tıxaclarda səbirli olmaq ümumi rifah hissi ilə güclü şəkildə əlaqəlidir. O, səbirli olmağı müəyyən məşqlərlə inkişaf etdirməyi tövsiyə edib: telefonsuz gəzmək, aralarında fasilə olmadan gündə azı bir tapşırığı yerinə yetirmək və vaxtı günə uyğun planlaşdırmaq.