Son Xəbərlər
Bir neçə gün əvvəl Türkiyə telekanallarından birində Müge Anlının verilişində
Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Liderxeber.az
Hazırda paytaxda, eləcə də respublikanın bir sıra bölgələrində yağışlı hava
“Hərbi xidmət müddətinin aşağı salınması məsələsi ilk növbədə silahlı
Rusiya Prezidenti Vladimir Putin miqrasiya sahəsində rüsumların artırılması
Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb. Milli
Pakistanda 5,4 maqnitudalı zəlzələ baş verib. Liderxeber.az xəbər verir ki, bu
Bir çox insan yuxu gigiyenası ilə bağlı bütün tövsiyələrə əməl etsə də,
Aviauçuşlar təzyiqin dəyişməsi, oksigen səviyyəsinin azalması və hipodinamiya
ABŞ hərbçiləri Hörmüz boğazı yaxınlığında İranın bir sıra obyektlərinə

Saçları qaynar su ilə yumaq təhlükəlidir - Həkimdən xəbərdarlıq

26 fev 2026, 11:41
Saçları qaynar su ilə yumaq təhlükəlidir - Həkimdən xəbərdarlıq

"Saçları qaynar su ilə yumaq sağlamlıq problemlərinə səbəb ola bilər".

Liderxeber.az xəbər verir ki, bu barədə braziliyalə dermatoloq Sintiya Gedes "Terra" nəşrinə müsahibəsində xəbərdarlıq edib.

Həkimin sözlərinə görə, qaynar su dərinin qoruyucu funksiyasını yerinə yetirən təbii yağ qatını (sebumu) həddindən artıq parçalayır. Nəticədə epidermisdə (dərinin üst qatı) quruluq, qabıqlanma və qıcıqlanma kimi əlamətlər yarana bilər.

Mütəxəssis bildirib ki, saçları qaynar su ilə yumaq "geridönüş effekti"nə də səbəb ola bilər. Belə ki, dəri həddindən artıq təmizlənməyə cavab olaraq daha çox yağ ifraz etməyə başlayır. Bu isə baş dərisinin daha tez yağlanmasına gətirib çıxarır.

Bundan əlavə, saçların hər gün qaynar su ilə yuyulması kəpək problemini daha da kəskinləşdirə bilər. Buna görə də dermatoloq saçların yuyulması zamanı yalnız ilıq və ya sərin sudan istifadə etməyi tövsiyə edir.