Son Xəbərlər
“Mərkəzi Nəbatat Bağı” Publik Hüquqi Şəxsin İdarə Heyətinin sədri Əli Cəfərov
Dövlət Su Ehtiyatları Agentliyinin Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti
DÇ-2026-nın qrup mərhələsi çərçivəsində baş tutacaq Argentina - Əlcəzair
Fransada keçirilən G7 (Böyük Yeddilik) sammiti çərçivəsində Ukrayna Prezidenti
Dünya şöhrətli idman xadimi, "Şöhrət" ordenli, Əməkdar bədən
İran İsrailin Livana vuracağı hər hansı yeni zərbəni Vaşinqton ilə Tehran
TRT-nin şərhçisi Murat Ekrem Çimen ötən gün dünya çempionatının qrup
İyunun 17-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
Prezident İlham Əliyev qeyri-neft-qaz malları üzrə ixracın dəstəklənməsi ilə
Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasına seçkilərin 2026-cı il

Səyahət üçün məsləhət görülməyən yeddi region

23 fev 2026, 09:49
Səyahət üçün məsləhət görülməyən yeddi region

Məşhur səyahət bələdçisi "Fodors"un mütəxəssisləri turistlərə 2026-cı ildə səyahət etməmələri tövsiyə olunan "qırmızı" yerlərin illik siyahısını tərtib ediblər.

Liderxeber.az verdiyi xəbərə görə, siyahıya dünyanın hər yerində səyahətçilərin dağıdılmış infrastrukturdan tutmuş yerli sakinlərin etirazlarına qədər ciddi problemlərlə qarşılaşa biləcəyi yeddi məkan daxildir.

İlk növbədə, mütəxəssislər Keniyanın Mombasa şəhərini (zibillə dolu çimərliklər, xroniki tıxaclar səbəbindən) qeyd ediblər. İkinci yerdə buzlarda gizlənən patogenlərin yayılma riskinə görə Antarktida gəlir.

2026-cı ildə keçən il təxminən 18 milyon ziyarətçini qəbul edən Kanar adalarına, Meksikanın Mexiko şəhərinə, eləcə də İsveçrənin Yunqfrau bölgəsinə və ABŞ-nin Buzlaq Milli Parkı kimi məşhur təbii ərazilərə səyahət etməmək tövsiyə olunub. İtaliyanın İzola-Sakra adası da səhayət üçün məsləhət görülməyən məkanlardan hesab olunub. Bu bölgələrdə sonsuz sayda turist axınından bezən yerli sakinlər mövcud vəziyyətdən narazılıqlarını bildirərək getdikcə daha çox etiraz aksiyaları keçirirlər.

Qeyd olunur ki, turistlər bu yerlərdə əsaslandılmamış yüksək qiymətlər, yerli sakinlərin düşmən münasibəti və kritik infrastruktur problemləri ilə qarşılaşa bilərlər.