Son Xəbərlər
“Mərkəzi Nəbatat Bağı” Publik Hüquqi Şəxsin İdarə Heyətinin sədri Əli Cəfərov
Dövlət Su Ehtiyatları Agentliyinin Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti
DÇ-2026-nın qrup mərhələsi çərçivəsində baş tutacaq Argentina - Əlcəzair
Fransada keçirilən G7 (Böyük Yeddilik) sammiti çərçivəsində Ukrayna Prezidenti
Dünya şöhrətli idman xadimi, "Şöhrət" ordenli, Əməkdar bədən
İran İsrailin Livana vuracağı hər hansı yeni zərbəni Vaşinqton ilə Tehran
TRT-nin şərhçisi Murat Ekrem Çimen ötən gün dünya çempionatının qrup
İyunun 17-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
Prezident İlham Əliyev qeyri-neft-qaz malları üzrə ixracın dəstəklənməsi ilə
Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasına seçkilərin 2026-cı il

İynəsiz, həbsiz arıqlama: Aclığı azaldan dörd effektiv üsul

07 fev 2026, 11:15
İynəsiz, həbsiz arıqlama: Aclığı azaldan dörd effektiv üsul

İynə və həblərdən istifadə etmədən aclıq hissini azaltmağın dörd effektiv yolu var.

Liderxeber.az bildirir ki, bu barədə rusiyalı endokrinoloq Natalya Tanıqina Gazeta.ru nəşrinə müsahibəsində danışıb.

Mütəxəssisin sözlərinə görə, aclığı azaltmaq üçün asan həzm olunan (sürətli) karbohidratların məhdudlaşdırılması, yuxu rejiminin normallaşdırılması, müntəzəm fiziki aktivlik və qida rasionunda zülalın artırılması əsas rol oynayır.

Natalya Tanıqina bildirib ki, aclıq hormonu olan qrelin orqanizmdə insulin ifrazı ilə birbaşa əlaqəlidir. İnsan nə qədər çox ac qalarsa, insulin ifrazı da bir o qədər güclənir. Bu, insulinin karbohidratların beyinə daşınmasını sürətləndirməsi ilə izah olunur. Nəticədə qanda şəkərin səviyyəsi düşür və bu zaman insan özünü qıcıqlanmış və ya yorğun hiss edə, şirin qidalara meyil göstərə bilər. Lakin belə istəklərə dərhal tabe olmaq tövsiyə edilmir.

"Şirin qidalar qəbul edildikdən sonra qanda şəkərin səviyyəsi çox sürətlə yüksəlir, mədəaltı vəzi daha çox insulin ifraz edir və bu da növbəti aclıq dalğasını yaradır. Belə "şəkər yelləncəkləri" insulin ifrazında, dolayısı ilə qrelin hormonunda balanssızlığa səbəb olur. Bu vəziyyət tez-tez onunla nəticələnir ki, insan kifayət qədər kalorili qida qəbul etsə belə, əgər şirniyyat yeməyibsə, özünü tox hiss etmir", - deyə həkim izah edib.

Belə halların qarşısını almaq üçün qida rasionuna mürəkkəb karbohidratlar - orqanizmi uzunmüddətli enerji ilə təmin edən tam taxıllar, paxlalılar və nişastalı tərəvəzlər - daxil edilməlidir. Mütəxəssisin sözlərinə görə, aclıq hissini ən effektiv şəkildə azaldan əsas qida elementi isə zülaldır.