Son Xəbərlər
“Azərbaycan Hava Yolları” (AZAL) 2026-cı ilin 1-16 iyun tarixlərində
Prezident İlham Əliyev səhiyyə işçilərinin təltif edilməsi haqqında Sərəncam
Türkiyə təmsilçisi “Fənərbaxça”nın UEFA Çempionlar Liqasının ikinci təsnifat
Azərbaycanın Çempionlar Liqasındakı təmsilçisi “Sabah”ın ikinci mərhələdəki
Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində açıq ərazidə yanğın baş verib.
Avropa Səyahət Komissiyasının (ETC) 2026-cı il üzrə proqnoz hesabatına əsasən,
"Bu gün klinik psixiatriyanın müalicə üsulları genişlənib".
Bu il sentyabrın 1-dən su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə
17-19 iyun tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız
Qidalanma mütəxəssisləri orqanizmdə iltihabi prosesləri azaltmağa kömək edən

Bakıdan Nabrana gəmi ilə: 2026-cı ilin turizm planları açıqlandı

22 dek 2025, 08:37
Bakıdan Nabrana gəmi ilə: 2026-cı ilin turizm planları açıqlandı

2026-cı ildə Xəzəryanı şəhərləri birləşdirəcək dəniz kruizlərinin təşkili planlaşdırılır.

Belə ki, bu marşrut üzrə səfərlər edəcək Rusiyaya məxsus "Nikolay Jarkov" adlı teploxodun növbəti ildən naviqasiyaya başlaması nəzərdə tutulur.

Turizm ekspertləri hesab edirlər ki, bu layihə Azərbaycanda turizmin inkişafına ciddi təkan verəcək.

Turizm sahəsi üzrə ekspert Rəhman Quliyevin sözlərinə görə, layihə regionun turizm xəritəsini dəyişəcək:

"Xəzər dənizində gəmi kruizlərinin fəaliyyəti Azərbaycan turizmini yeni mərhələyə daşıyacaq. Bakı şəhəri ilə yanaşı, Lənkəran, Neftçala və Nabran kimi ərazilər də liman şəhərlərinə çevriləcək. Bu, həm əcnəbi, həm də yerli turistlərin böyük marağına səbəb olacaq. Layihə Azərbaycanı gəmi turları sahəsində ciddi şəkildə tanıdacaq".