Son Xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev iyunun 18-də Ərəb Koordinasiya Qrupuna
Mərkəzi Bankın məlumatına görə fiziki şəxslərin banklardakı əmanətlərinin
Bu gün dünya çempionatında qrup mərhələsinin ikinci turuna start veriləcək.
İsveçrənin Bürgenstok şəhərində iyunun 19-da ABŞ və İran arasında mövcud
Talent Staff & Business Solutions şirkətinin təsisçisi və direktoru,
Əziz zəvvarlar! "Zeynəb Əliyyun" MMC Travel sizi Ərbəin ziyarətinə
“Xəzər Universiteti Dünya Məktəbi” MMC-nin İnsan Resursları departamentinin
Bakıda İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının
Moskvaya son 2 ilin ən böyük dron hücumu olub. Liderxeber.az xəbər verir ki,
Bakı şəhəri, Nizami rayonunda yerləşən Neft Emalı Zavodunda yanğın baş verib.

Göz sağlamlığı üçün faydalı təbii qidalar

09 dek 2025, 10:52
Göz sağlamlığı üçün faydalı təbii qidalar

Qeyri-sağlam qidalanma və ekoloji amillər bütün orqanlara, o cümlədən, gözlərin sağlamlığına mənfi təsir göstərir.

Son vaxtlar bioaktiv qidalara tələbat olduqca artmaqdadır. Bitki mənşəli bioloji aktivliyə malik həmin məhsullar kapsul, tablet, toz, sirop və digər formada hazırlanır. Ona görə də gözlər üçün faydalı vitaminlərlə zəngin yaşıl bitki tərkibli qidalara üstünlük vermək tövsiyə olunur.

Liderxeber.az xəbər verir ki, aparılan tədqiqatlar göz sağlamlığı üçün hansı qidaların daha çox faydalı olduğunu müəyyən edib.

Tərkibində lütein miqdarı çox olan bişmiş və çiy halda ispanaq, bişmiş halda kələm və çiy halda cəfəri qəbul edilməsi gözlər üçün çox faydalıdır.

Gözlərin torlu qişasının normal fəaliyyəti üçün A vitaminin qəbulunu vacibdir. Həmin vitaminin çatışmazlığı gözlərdə “toyuq korluğu” adlanan xəstəliyin inkişafına səbəb olur. Gözdə yaranan problemlərin qarşısını alan vitaminlərdən biri də Omeqa-3 yağıdır. Omeqa-3 yağ turşusu görmə qabiliyyətini yaxşılaşdırır. Gözlərin arxasında yerləşən torlu qişa və hüceyrə membranını qoruyur.

Orta yaşda olan sağlam insanlar həftədə iki-üç dəfə yağlı balıq istehlak etməklə 0,5-1 qram Omeqa-3 qəbul edə bilərlər. Tədqiqatlar balıq yağının quru göz sindromunu müalicə etdiyini göstərib.

S vitamini ilə zəngin meyvə və tərəvəzlərin gözə faydası çox böyükdür. Portağal və limon S vitamini ilə zəngin olduğuna görə göz əzələlərinin tonusunu tənzimləyir və damarları möhkəmləndirir. Həmin vitaminin çatışmazlığı isə gözlərin yorğunluğuna və qansızmalara səbəb olur.

Görmə qabiliyyətində problem olanlara tərkibi sinklə zəngin olan qidalardan - yerkökü, yaşıl tərəvəzi qida rasionuna əlavə etmək məsləhət görülür.