Son Xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev iyunun 18-də Ərəb Koordinasiya Qrupuna
Mərkəzi Bankın məlumatına görə fiziki şəxslərin banklardakı əmanətlərinin
Bu gün dünya çempionatında qrup mərhələsinin ikinci turuna start veriləcək.
İsveçrənin Bürgenstok şəhərində iyunun 19-da ABŞ və İran arasında mövcud
Talent Staff & Business Solutions şirkətinin təsisçisi və direktoru,
Əziz zəvvarlar! "Zeynəb Əliyyun" MMC Travel sizi Ərbəin ziyarətinə
“Xəzər Universiteti Dünya Məktəbi” MMC-nin İnsan Resursları departamentinin
Bakıda İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının
Moskvaya son 2 ilin ən böyük dron hücumu olub. Liderxeber.az xəbər verir ki,
Bakı şəhəri, Nizami rayonunda yerləşən Neft Emalı Zavodunda yanğın baş verib.

"NETTY 2025" nominantları müəyyən ediliblər

08 dek 2025, 10:47
"NETTY 2025" nominantları müəyyən ediliblər

"NETTY 2025"in Azərbaycanın Milli internet-mükafatının nominantları müəyyən ediliblər.

Lidetrxeber.az xəbər verir ki, iştirakçıların ümumi sayından Virtual Münsiflər Heyətinin və Ekspert Şurasının səsverməsi nəticəsinə görə mükafatın nominantları olan saytlar, səhifələr və tətbiqlər seçilib.

Nominantların yekun siyahısı ilə mükafatının saytında tanış ola bilərsiniz: https://www.netty.az/az/nominants

Müsabiqə qaliblərinin müəyyən edilməsi üçün Mükafatın Akademiyası səsverməyə başlayıb. Daxili səsvermə əsasında Akademiyanın nümayəndələri mövcud nominasiyalardan hər birində bir qalibi müəyyən edəcəklər.

Nominantlar arasından qaliblər 18 dekabrda mükafatlandırmanın təntənəli mərasiminin gedişatında elan ediləcəklər. Bütün nominantların nümayəndələri mərasimdə iştiraka dəvət ediləcəklər.

NETTY - Ümumdünya Şəbəkəsinin milli seqmentinin və ümumiyyətlə İT bazarın inkişafı məqsədilə yaradılmış informasiya texnologiyaları sahəsində Azərbaycanın ilk peşəkar mükafatıdır. Müsabiqə çərçivəsində əhəmiyyətli veb və mobil resursların, ən yaxşı İT layihələrin, informasiya texnologiyaları sahəsində qabaqcıl xadimlər adları çəkilir. Texnologiyanın inkişafına və tərəqqisinə istiqamətləndirilmiş trendlər, innovasiyalar və proqressiv ideyalar qeyd olunur.

Mükafatın tərəfdaşları:

Baş tərəfdaş: "Nar Mobile".

Rəsmi tərəfdaş: "AzInTelecom".

Tərəfdaşlar: AIM, "SmartHost", "Savalan", "Ali & Nino", "Matrix Akademiyası", Online.az," Renley".

Məlumat tərəfdaşları: Report.az, Infocity.tech, Technote.az, Oxu.Az, "Каспий", Baku TV, Baku.ws, Media.az, "Radio Enerji", "Kazzımli Photography", "Sapunov Online", "ALR Medi".