Son Xəbərlər
İyunun 19-da İsveçrədə İran və ABŞ arasında birbaşa danışıqların ilk raundu
2026/2027 mövsümünə hazırlığı davam etdirən “Qarabağ” iyunun 20-də yoldaşlıq
İran Prezidenti Məsud Pezeşkian ABŞ ilə memorandumu “tarixi sənəd” adlandırıb.
Azərbaycan Prezidenti İlham Əliyev iyunun 18-də Ərəb Koordinasiya Qrupuna
Mərkəzi Bankın məlumatına görə fiziki şəxslərin banklardakı əmanətlərinin
Bu gün dünya çempionatında qrup mərhələsinin ikinci turuna start veriləcək.
İsveçrənin Bürgenstok şəhərində iyunun 19-da ABŞ və İran arasında mövcud
Talent Staff & Business Solutions şirkətinin təsisçisi və direktoru,
Əziz zəvvarlar! "Zeynəb Əliyyun" MMC Travel sizi Ərbəin ziyarətinə
“Xəzər Universiteti Dünya Məktəbi” MMC-nin İnsan Resursları departamentinin

Qəhvənin qaraciyər və böyrəklər üçün faydaları

03 dek 2025, 10:16
Qəhvənin qaraciyər və böyrəklər üçün faydaları

Çinli alimlər müntəzəm qəhvə istehlakının böyrək və qaraciyər xəstəlikləri riskini azalda biləcəyini aşkar ediblər.

Bu effekt kofeinin özü və ya ayrı-ayrı maddələrlə deyil, içkinin bioloji aktiv birləşmələrinin metabolitləri ilə əlaqəlidir.

Liderxeber.az bildirir ki, bu barədə tədqiqatın nəticələri "Food & Function" (F&F) jurnalında dərc olunub.

Müəlliflər içkinin hansı komponentlərinin həqiqətən qan dövranına daxil olduğu, bağırsaq mikrobiotası tərəfindən necə emal edildiyi və hansı emal olunmuş molekulların əhəmiyyətli bioloji təsirlər göstərdiyi ilə bağlı əvvəllər dərc olunmuş tədqiqatları təhlil ediblər. Nəticələr göstərib ki, məhz xlorogen turşularının, diterpenlərin və digər birləşmələrin metabolitləri əhəmiyyətli dərəcədə iltihabəleyhinə və antioksidan xüsusiyyətlərə malikdirlər.

Böyük kohort və klinik tədqiqatlardan əldə edilən sistematik məlumatlar göstərir ki, müntəzəm qəhvə istehlakı sirroz, hepatosellülyar karsinoma, alkoqolsuz yağlı qaraciyər xəstəliyi və xroniki böyrək xəstəliyi riskini azaldır. Eyni zamanda, alimlərin fikrincə, əsas rolu içkinin orijinal molekulları deyil, qanda dövran edən və toxumalara təsir edən onların çevrilmə məhsulları oynayır.

Qoruyucu effektin gücünə hazırlama üsulu da təsir göstərir: filtrasiya, qovurma və üyüdülmə dərəcəsi aktiv birləşmələrin konsentrasiyalarını və onların biomənimsənilməsini dəyişdirir. Tədqiqatçılar həmçinin əhəmiyyətli fərdi dəyişkənliyi də vurğulayırlar - maddələr mübadiləsinin genetik xüsusiyyətləri və bağırsaq mikrobiotasının tərkibi qəhvənin təsirlərini müəyyən edə bilər.