Son Xəbərlər
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov növbəti səyyar
Müntəzəm fiziki aktivlik ürək sağlamlığı üçün faydalıdır. Lakin məşqlərə
"Son illərdə təbabətin sürətlə inkişaf etməsi, diaqnostik imkanların
“CineMastercard” premium kinoteatrlar şəbəkəsi tamaşaçılarının rahatlığını
Yay aylarında açıq havada vaxt keçirmək, piknik etmək, dənizə və ya hovuza
Artıq çəki almağımıza səbəb olan amillərdən biri də şirniyyatdır.
Mütəxəssislər qarpızın təkcə susuzluğu aradan qaldırmadığını, həm də sağlamlıq
Yay aylarında ilanların aktivliyi artır və bu da təbiətdə, bağ sahələrində və
Diyetoloqlar yağ yandırma prosesində düzgün qidalanma və fiziki aktivliyin
ABŞ İrana yenidən zərbələr endirməyə başlayıb. Liderxeber.az xəbər verir ki,

Pomidor şirəsinin əvəzsiz faydası açıqlandı

04 apr 2025, 13:09
Pomidor şirəsinin əvəzsiz faydası açıqlandı

"Duzlu olmayan pomidor şirəsində olan likopin ASLP, yəni "pis xolesterin" adlanan maddənin istehsalını azaldır".

Liderxeber.az-ın "Daily Mail"ə istinadla verdiyi məlumata görə, bu barədə Böyük Britaniyanın Milli Səhiyyə Xidmətinin kardioloqu Ranca Sinqh bildirib.

Həkim ASLP-nin (aşağı sıxlıqlı lipoproteinlər) orqanizmdə xolesterini daşıyan molekul növü olduğunu izah edib.

"Mülayim miqdarda xolesterin normal həzm prosesi, həmçinin D vitamini və hormonların istehsalı üçün lazımdır. Lakin ASLP formasında xolesterin artıqlığı qan axınının keyfiyyətini pisləşdirərək damar divarında ərplərin yaranmasına səbəb olur. Aşağı sıxlıqlı lipoproteinlərin səviyyəsini azaltmağa liflərlə zəngin məhsullar - tərəvəzlər, meyvələr, giləmeyvələr və taxıllar kömək edir. Bəzi içkilər, məsələn, pomidor şirəsi də bu xüsusiyyətə malikdir", - deyə mütəxəssis bildirib.

Doktor Sinqh dəqiqləşdirib ki, pomidor şirəsinin faydalı xüsusiyyətləri yüksək likopin tərkibi ilə bağlıdır:

"Bu bitki piqmenti antioksidant kimi işləyir, yəni sağlam hüceyrələrin zədələnməsinin qarşısını alır. Araşdırmalar göstərib ki, likopin qanda normal xolesterin səviyyəsini bərpa etməyə kömək edir, ürəyin işemik xəstəliyi riskini azaldır və ateroskleroz, insult və miokard infarktının qarşısını alır".

Kardioloq sonda qeyd edib ki, qoruyucu effekt əldə etmək üçün duzsuz şirə seçmək lazımdır.