Son Xəbərlər
İyunun 19-da İsveçrədə İran və ABŞ arasında birbaşa danışıqların ilk raundu
2026/2027 mövsümünə hazırlığı davam etdirən “Qarabağ” iyunun 20-də yoldaşlıq
İran Prezidenti Məsud Pezeşkian ABŞ ilə memorandumu “tarixi sənəd” adlandırıb.
Azərbaycan Prezidenti İlham Əliyev iyunun 18-də Ərəb Koordinasiya Qrupuna
Mərkəzi Bankın məlumatına görə fiziki şəxslərin banklardakı əmanətlərinin
Bu gün dünya çempionatında qrup mərhələsinin ikinci turuna start veriləcək.
İsveçrənin Bürgenstok şəhərində iyunun 19-da ABŞ və İran arasında mövcud
Talent Staff & Business Solutions şirkətinin təsisçisi və direktoru,
Əziz zəvvarlar! "Zeynəb Əliyyun" MMC Travel sizi Ərbəin ziyarətinə
“Xəzər Universiteti Dünya Məktəbi” MMC-nin İnsan Resursları departamentinin

Nazir məktəblərdə dərsin başlama vaxtının dəyişdirilməsi məsələsindən danışıb

06 fev 2025, 16:52
Nazir məktəblərdə dərsin başlama vaxtının dəyişdirilməsi məsələsindən danışıb

Məktəblərdə dərslərin başlama vaxtının dəyişməsini direktor və valideyn tənzimləyə bilər.

Liderxeber.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev fevralın 6-da keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, nazirlik belə hallara etiraz etmir.

"Misal olaraq, kənd məktəblərində övladı təhsil alan valideynlər deyə bilər ki, dərs orada saat 8-də yox, məhz saat 8:30, yaxud 9:00-da başlasın, nazirlik olaraq buna etiraz etmərik", - E.Əmrullayev qeyd edib.

Nazir bildirib ki, bu məsələ ilə bağlı vəziyyət Bakıda fərqlidir: "Çünki paytaxtda bir çox iş yerləri saat 9:00-da başlayır. Ona görə də bir çox valideyn övladını səhər saat 8-də məktəbə qoyub işə gedir. Odur ki, əgər valideyn və direktor dərslərin bir az gec başlaması barədə uzlaşmaya gələ bilərsə, biz sürüşən qrafikə keçid edə bilərik. Amma hazırda bu, mümkün görünmür".

E.Əmrullayev əlavə edib ki, məktəbli avtobusu ilə daha konkret həll yolu ola bilər: "Bu məsələ “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nda da əks olunub. Nazirlik qarşısında konkret tapşırıqlar qoyulub. Hesab edirəm ki yaxın gələcəkdə Bakıda məktəbli avtobuslarını görə biləcəyik və bu da nəqliyyat sıxlığına öz müsbət təsirini göstərmiş olacaq".