Son Xəbərlər
“Turkish Airlines” avişirkəti Türkiyə ilə Suriyanın paytaxtı Dəməşq arasında
Kubanın Olqin şəhərindəki sursat anbarında baş verən partlayışlar nəticəsində
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş
Aktrisa Çimnaz Sultanova vəfat edib. Liderxeber.az xəbər verir ki, aktrisa
Azərbaycan Prezidenti İlham Əliyevin dini qurumlara maliyyə yardımı
Paytaxtın Binəqədi qəsəbəsi Gənclər şəhərciyini "Memar Əcəmi",
İqtisadiyyat naziri Mikayıl Cabbarov Asiya İnfrastruktur İnvestisiya Bankının
Ermənistanın müdafiə naziri Suren Papikyan Cənubi Qafqaz regionunda yeni
Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) nizamnamə fondu 10
Ordubad Rayon İcra Hakimiyyəti başçısı Rəcəb Rəhimli Dəstə kəndində səyyar
banner

ADY-nin sərnişin sayı ciddi şəkildə artıb

02 iyl 2024, 16:43
ADY-nin sərnişin sayı ciddi şəkildə artıb

"Azərbaycan Dəmir Yolları” QSC (ADY) 2024-cü ilin yanvar-iyun aylarında 3 849 804 sərnişin daşıyıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 20 faiz çoxdur.

Bu ilin 6 ayında Abşeron dairəvi dəmir yolu xətti üzrə 3 666 518 sərnişin (ötən ilin analoji dövrü ilə müqayisədə 19 faiz çox), Bakı-Ağstafa-Bakı marşrutu üzrə 160 799 sərnişin (30 faiz çox), Bakı-Qəbələ-Bakı marşrutu üzrə isə 22 487 sərnişin (149 faiz çox) mənzil başına təhlükəsiz çatdırılıb.

Göstərilən dövrdə Bakı-Ağstafa-Bakı marşrutu ilə hərəkət edən qatarlarda doluluq səviyyəsi 92 faiz (ötən ilin 6 ayında 90 faiz), Bakı-Qəbələ-Bakı marşrutu üzrə 61 faiz (ötən ilin eyni dövründə 50 faiz) təşkil edib.

Bununla yanaşı, Bakı-Qəbələ-Bakı istiqamətində səfər edən sərnişinlərin 10 faizindən çoxu, Bakı-Ağstafa-Bakı marşrutu üzrə isə 7 faizindən çoxu əcnəbi turistlər olub.

14 iyun tarixindən etibarən Bakı-Ağstafa-Bakı xətti üzrə istismara yeni qəbul edilmiş 2 yeni “Stadler” qatarı ilə son 17 gün ərzində 16 mindən çox sərnişin daşınıb.

İlin ilk 6 ayında sərnişindaşıma üzrə ümumilikdə 9265 reys həyata keçirilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 22 faiz (ötən il 7610 reys) çoxdur.

Qeyd edək ki, 2024-cü ilin yanvar-iyun ayları üzrə sərnişindaşıma proqnozu artıqlaması ilə, yəni 100,99 faiz yerinə yetirilib.

Təhlükəsizliyi özünün başlıca dəyəri hesab edən ADY sərnişinlərin mənzil başına rahat və təhlükəsiz çatdırılmasını səmərəli şəkildə təşkil edir, xidmət keyfiyyətini yüksəldir, cəmiyyətin həssas təbəqəsi üçün nəqliyyatda əlçatanlığı təmin edir, qatar personalının bilik və bacarıqlarının beynəlxalq səviyyədə artırılmasını uğurla həyata keçirir.