Son Xəbərlər
Arıqlama məqsədilə sosial şəbəkələrdə reklam olunaraq satılan çay, qəhvə və
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada səfərdə olan ABŞ Prezidenti
Hörmüz boğazında hücuma məruz qaldıqdan sonra alovlanan Qətərə məxsus
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilib.
Müdafiə Nazirliyində növbəti kadr təyinatı həyata keçirilib. Liderxeber.az
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu
“Sabah” “Qarabağ”ın futbolçusu Amin Ramazanovu transfer edib. Lideerxeber.az
Salyan rayonunda gənc qadın vəfat edib. Liderxeber.az xəbər verir ki, dünən
Çinin Hubey əyalətində tufan və güclü külək səbəbindən 11 nəfər ölüb, daha bir
ABŞ-nin Müstəqillik Günü münasibətilə elan edilmiş 3 günlük bayram tətili

"Azərişığ"ın abonentləri onlayn ad dəyişmə xidmətindən istifadə edə biləcək

03 fev 2023, 12:30
"Azərişığ"ın abonentləri onlayn ad dəyişmə xidmətindən istifadə edə biləcək

Artıq "Azərişıq" ASC-nin abonentləri onlayn şəkildə ad dəyişmə xidmətindən istifadə edə biləcəklər.

LiderXəbər xəbər verir ki, bunu "Azərişıq" ASC-nin İnformasiya Texnologiyaları Departamentinin direktoru Qalib Həmidov bu gün keçirilən mətbuat konfransında deyib.

Q.Həmidov bildirib ki, bu xidmət üzrə abonentlərin müraciəti artıb: "Monitorinqlərin nəticəsinə görə, ay ərzində abonentlər 2 000-ə yaxın ad dəyişmək üçün müraciət edib. Belə müraciətlər adətən əmlakın sahibi dəyişdiyi zaman baş verir. Bu xidmətdən yararlanmaq üçün abonentlər mərkəzlərə üz tuturdu. Amma biz onların işini asanlaşdırmaq üçün ad dəyişmə xidmətinin də onlayn göstərilməsinə qərar verdik. Nəticədə abonent evdən çıxmadan onlayn şəkildə bu xidmətdən yararlana bilər".

"Azərişıq " rəsmisi təmsil etdiyi qurumun təqdim etdiyi əsas xidmətlərin hamısının əlçatanlığı üçün işlər görüldüyünü əlavə edib: "Abonentlərin ən çox istifadə etdiyi xidmətlərdən biri də abonent kodunun aktiv-passiv edilməsi xidmətidir. Belə ki, abonent əgər 3-4 aylıq harasa səfər edəcəksə, onlayn şəkildə müraciət etdikdə biz bu xidməti göstərə bilərik".