Son Xəbərlər
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə
Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Bakı Dövlət Kamera
Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə
Türkiyəli müğənni Mahsun Kırmızıgül Bakıya gəlib. Liderxeber.az xəbər verir
Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında Milli Qurtuluş
“ İranla s aziş imzalandı. Hamını təbrik edirəm!” Liderxeber.az xəbər verir
ABŞ İranla əldə olunan razılaşma çərçivəsində Tehranın 24 milyard dollar

Blokadanı genişləndirməyi əmr etdi

29 apr 2026, 08:44
Blokadanı genişləndirməyi əmr etdi

ABŞ və İran arasında davam edən gərginlik fonunda Vaşinqtonun Tehrana qarşı təzyiqləri artırdığı bildirilir. Belə ki, ölkə Prezidenti Donald Tramp İrana qarşı tətbiq olunan dəniz blokadasının genişləndirilməsi barədə göstəriş verib.

Liderxeber.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti yazır.

Bildirilib ki, bu addım İranın nüvə məsələsində güzəştə getməməsi fonunda atılıb. Tramp “bombardmanı bərpa etmək” və ya “münaqişədən tamamilə çəkilmək” variantlarını mövcud blokadanı davam etdirməkdən daha riskli hesab edir.

Məlumatlara görə, blokadanın genişləndirilməsi İranın liman fəaliyyətini və neft ixracını ciddi şəkildə məhdudlaşdıraraq, ölkə iqtisadiyyatına maksimum təzyiq göstərməyi hədəfləyir.

“Reuters” agentliyi isə yazır ki, ABŞ kəşfiyyat qurumları mümkün ssenariləri qiymətləndirir. Bu çərçivədə, xüsusilə noyabrda keçiriləcək aralıq seçkilər öncəsi Tramp administrasiyasının münaqişədən hansı formada geri çəkilə biləcəyi araşdırılır.