Son Xəbərlər
İyunun 19-da İsveçrədə İran və ABŞ arasında birbaşa danışıqların ilk raundu
2026/2027 mövsümünə hazırlığı davam etdirən “Qarabağ” iyunun 20-də yoldaşlıq
İran Prezidenti Məsud Pezeşkian ABŞ ilə memorandumu “tarixi sənəd” adlandırıb.
Azərbaycan Prezidenti İlham Əliyev iyunun 18-də Ərəb Koordinasiya Qrupuna
Mərkəzi Bankın məlumatına görə fiziki şəxslərin banklardakı əmanətlərinin
Bu gün dünya çempionatında qrup mərhələsinin ikinci turuna start veriləcək.
İsveçrənin Bürgenstok şəhərində iyunun 19-da ABŞ və İran arasında mövcud
Talent Staff & Business Solutions şirkətinin təsisçisi və direktoru,
Əziz zəvvarlar! "Zeynəb Əliyyun" MMC Travel sizi Ərbəin ziyarətinə
“Xəzər Universiteti Dünya Məktəbi” MMC-nin İnsan Resursları departamentinin

Azərbaycan dünya birliyində Qalib ölkə kimi tanınır

13 noy 2025, 11:19
Azərbaycan dünya birliyində Qalib ölkə kimi tanınır

Tarixi Zəfəri şərtləndirən ən mühüm məqamlardan bir də xalqımızın misli görünməmiş milli həmrəylik nümayiş etdirməsi idi

Azərbaycanın beş il əvvəl Vətən Müharibəsində qazandığı tarixi qələbə onun dünyadakı nüfuzunu yüksəldərək, mövqeyini möhkəmləndirdi. Tarixi uğurla yanaşı həmin dövr bir çox mühüm hadisələrlə də yaddaşlarda qaldı. Belə ki, müharibə zamanı hər birimiz heç vaxt mövcud olmamış unikal bir milli həmrəylik və birlik sisteminin formalaşmasının şahidi olduq. Hətta bir sıra ölkələr bu gün Respublikamızı milli həmrəylik sahəsində nümunə kimi göstərirlər.

Artıq Azərbaycan dünya birliyində Qalib ölkə kimi tanınır. Bu şanlı Qələbədə Dövlətimizin başçısının siyasi iradəsi, qəhrəman hərbçilərimizin şücaəti ilə yanaşı, milli birlik, həmrəylik də mühüm rol oynadı. Bu faktdır ki, daxilində milli birlik və həmrəyliyi olan ölkələr bütün sahələr üzrə sürətli inkişaf tempinə malik olur və həmişə qabaqcıllar sırasında olurlar.

Xalqımızın gələcəyi və dövlətimizin rifahı naminə bu birliyi və siyasi həmrəyliyi qorumaq günümüzün ən vacib şərtlərdən biridir. Bu gün Azərbaycanda xalq-iqtidar birliyi ən yüksək səviyyədədir. Bu uğura Möhtərəm Prezident İlham Əliyevin uğurla və böyük uzaq görənliklə həyata keçirdiyi siyasət nəticəsində nail olunub. Əlbəttə, xalqın dəstəyi dövlətin tükənməz gücünün mənbəyidir. Hərbi əməliyyatların başladığı ilk gündən Azərbaycan xalqı öz Prezidentinin ətrafında daha sıx birləşdi.

Dövlət-xalq-ordu birliyi qırılmaz vəhdət yaratdı. Xalqın qələbə və tarixi ədalətin bərpa olunması ilə bağlı arzularının reallaşması milli birlikdən keçdi. O dövrdə baş verən mühüm hadisələrdən biri də həmin dövrdə dərhal 50 siyasi partiyanın bəyanat qəbul edərək Prezident İlham Əliyevin ətrafında sıx birləşdiyini, Dövlətimizin başçısının siyasi kursunu dəstəklədiyini bəyan etdiyini qeyd edə bilərik. Bəyanatda qeyd edilirdi: “Azərbaycanda fəaliyyət göstərən və bu bəyanatı imzalayan siyasi partiyalar Ali Baş Komandan, Prezident İlham Əliyevin Vətənimizin ərazi bütövlüyünün və vətəndaşların təhlükəsizliyinin qorunması, Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi genişmiqyaslı terror təxribatlarının qarşısının alınması məqsədilə gördüyü bütün siyasi və hərbi tədbirləri yekdilliklə dəstəkləyir və onun yanında olduğunu bildirir!”. Beləliklə, Azərbaycanın Vətən müharibəsi xalqımızın parlaq qələbəsi ilə yekunlaşdı. 

Otuz ilə yaxın müddətdə düşmən tapdağı altında qalan əzəli və əbədi torpaqlarımız işğaldan azad edildi. Eyni zamanda azadlıq savaşı Cənab Prezidentin təkrarsız diplomatik məharəti ilə yanaşı, həm də yenilməz sərkərdəlik qabiliyyətlərini bütün dünyaya göstərdi. Dövlət başçımızın siyasi iradəsi, öz xalqına sədaqəti və düşmənə qarşı yenilməzliyi Azərbaycanın beynəlxalq nüfuzunu daha da yüksəltdi. Prezident İlham Əliyevin bildirdiyi kimi: “Haqq-ədalət zəfər çaldı.  

Mustafa Qaramanlı;
Neftçala rayonu