Son Xəbərlər
Dünya şöhrətli idman xadimi, "Şöhrət" ordenli, Əməkdar bədən
İran İsrailin Livana vuracağı hər hansı yeni zərbəni Vaşinqton ilə Tehran
TRT-nin şərhçisi Murat Ekrem Çimen ötən gün dünya çempionatının qrup
İyunun 17-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
Prezident İlham Əliyev qeyri-neft-qaz malları üzrə ixracın dəstəklənməsi ilə
Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasına seçkilərin 2026-cı il
Xəbər verdiyimiz kimi, “Narmiw.Niko” bloqunun sahibi Nərmin Əliyevanın bacısı
Türkiyənin Tokat vilayətinin Artova rayonunda qayınatasını döyərək öldürdüyü
AXCP sədri Əli Kərimli barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin
Bu gün “Qarabağ”ın Avropa Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibinin

İrana göndərilən humanitar yardım sərhəddən keçdi - Fotolar - Yenilənib

10 mar 2026, 14:01
İrana göndərilən humanitar yardım sərhəddən keçdi - Fotolar - Yenilənib

Azərbaycandan İrana göndərilən humanitar yardım “Astara” dövlət sərhədindən buraxılış məntəqəsinə çatıb.

Lidrxeber.az xəbər verir ki, humanitar yardım Fövqəladə Hallar Nazirliyinin avtomobilləri vasitəsilə sərhəd buraxılış məntəqəsinə gətirilib.

Humanitar yardımın tərkibinə 30 tona yaxın qida məhsulları, o cümlədən 10 ton un, 6 ton düyü, 2,4 ton şəkər, 4 tondan artıq içməli su, 600 kiloqrama yaxın çay, həmçinin 2 tona yaxın dərman və tibbi ləvazimatlar daxildir.

Hazırda humanitar yardım yüklənmiş avtomobillər “Astara” dövlət sərhədindən buraxılış məntəqəsindən yola salınır.

Qeyd edək ki, humanitar yardım Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında martın 8-də baş tutmuş telefon danışığından sonra qonşu və dost İran xalqının mövcud ehtiyaclarının qarşılanmasına dəstək məqsədilə təşkil olunub.

***

 Azərbaycandan İrana göndərilən humanitar yardımı daşıyan yük maşınları “Astara” dövlət sərhədində buraxılış məntəqəsindən keçərək qonşu ölkəyə yola salınıb.