Son Xəbərlər
Xəbər verdiyimiz kimi, “Narmiw.Niko” bloqunun sahibi Nərmin Əliyevanın bacısı
Türkiyənin Tokat vilayətinin Artova rayonunda qayınatasını döyərək öldürdüyü
AXCP sədri Əli Kərimli barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin
Bu gün “Qarabağ”ın Avropa Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibinin
“Yeni Dövlət Proqramı 2026-2030-cu illərdə kənd təsərrüfatı məhsullarının
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 16-da Müqəddəs
Jurnalist vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə ödəniş ləğv
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya
Birinci Xanımların Qlobal Akademiyasının (Global First Ladies Academy) ABŞ-də
Futbol üzrə dünya çempionatının qrup mərhələsində İran və Yeni Zelandiya milli

İdarə rəisi və işçiləri saxlanıldı

05 mar 2025, 11:07
İdarə rəisi və işçiləri saxlanıldı

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər Rayon İdarəsinin rəisi Ramil Şükürov və başqa bir neçə əməkdaşı saxlanılıb.

Liderxeber.az-ın əldə etdiyi məlumata görə, onlar Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən davam edən istintaqla cinayət məsuliyyətinə cəlb ediliblər. 

İdarə rəisi və digərləri çağırışçılardan rüşvət almaqda ittiham edilirlər. 

Prokurorluq saxlanılan idarə rəisi barəsində həbs, digərləri barəsində ev dustaqlığı qətimkan tədbiri seçilməsi barəsində təqdimat verib.

Bakı Hərbi Məhkəməsinin qərarı ilə R.Şükürov və digərləri barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib. Şöbə rəisi və digər əməkdaşlar məhkəmə zalından sərbəst buraxılıblar.

İş üzrə ibtidai istintaq davam edir.

Qeyd edək ki, il yarım əvvəl eyni idarənin Həqiqi hərbi xidmətə çağırış şöbəsinin rəisi vəzifəsini icra edən baş zabiti Savalan Rəsulov və həmin şöbənin zabiti Fərid İsmayılov həbs edilmişdilər.