Son Xəbərlər
Xəbər verdiyimiz kimi, “Narmiw.Niko” bloqunun sahibi Nərmin Əliyevanın bacısı
Türkiyənin Tokat vilayətinin Artova rayonunda qayınatasını döyərək öldürdüyü
AXCP sədri Əli Kərimli barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin
Bu gün “Qarabağ”ın Avropa Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibinin
“Yeni Dövlət Proqramı 2026-2030-cu illərdə kənd təsərrüfatı məhsullarının
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 16-da Müqəddəs
Jurnalist vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə ödəniş ləğv
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya
Birinci Xanımların Qlobal Akademiyasının (Global First Ladies Academy) ABŞ-də
Futbol üzrə dünya çempionatının qrup mərhələsində İran və Yeni Zelandiya milli

Neftayırma Zavodu köçürülür

03 mar 2025, 17:12
Neftayırma Zavodu köçürülür

“Bakıda Neft Emalı Zavodunun şəhərdən köçürülmsi ilə bağlı 2 sssenari var, bunlar qapalıdır. Bu zavodda modernizasiya prosesi gedir”.

Liderxeber.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin Sənaye və energetika şöbəsinin müdiri Elşən Hacızadə Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin ictimai müzakirəsində bildirib.

O bildirib ki, zavod artıq “Avro-5” standartlı dizel yanacağı və benzin istehsal edib: “2025-ci ildən zavodun rekonstruksiyanın ikinci fazasına keçid olacaq. Zavodun köçürülməsi, yoxsa ikinci faza istiqamətində inkişafı getməsi ilə bağlı fikir mübadiləsi aparılır. Bu ssenarilərə baxılır. Yəqin ki, bu il ərzində məlumat çıxacaq. Hər iki ssenaridə əgər yeni zavod tikəcəyiksə, o da 2030-2031-ci illərdə nəzərdə tutulur. Modernizasiya prosesi davam edəcəksə də, bu da eyni vaxtda nəzərdə tutulur. Zavodun 70 ildən çox tarixi var. Ona qoşulan zavod var - "Azərneftyağ", təxminən 130 il yaşı var. Həmin "Azərneftyağ" hər iki ssenaridə köçürüləcək. Modernizasiya davam etsə də, 2030-cu ilədək köçürüləcək. Həmin zavodun 30 faiz istehsalı "Azərneftyağ" hissəsində keçir. Gərək modernizasiya bitsin ki, zavodu köçürə bilək”, - deyə Elşən Hacızadə qeyd edib.