Son Xəbərlər
Prezident İlham Əliyev qeyri-neft-qaz malları üzrə ixracın dəstəklənməsi ilə
Xəbər verdiyimiz kimi, “Narmiw.Niko” bloqunun sahibi Nərmin Əliyevanın bacısı
Türkiyənin Tokat vilayətinin Artova rayonunda qayınatasını döyərək öldürdüyü
AXCP sədri Əli Kərimli barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin
Bu gün “Qarabağ”ın Avropa Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibinin
“Yeni Dövlət Proqramı 2026-2030-cu illərdə kənd təsərrüfatı məhsullarının
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 16-da Müqəddəs
Jurnalist vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə ödəniş ləğv
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya
Birinci Xanımların Qlobal Akademiyasının (Global First Ladies Academy) ABŞ-də

"ASAN xidmət"in Pakistanda tətbiqi müzakirə olunub

03 mar 2025, 16:54
"ASAN xidmət"in Pakistanda tətbiqi müzakirə olunub

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevlə Pakistan İslam Respublikasının fövqəladə və səlahiyyətli səfiri Qasım Mohiuddin arasında görüş keçirilib.

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin “ASAN xidmət” mərkəzinə ziyarətinin davamı olaraq həyata keçirilən görüş zamanı tərəflər arasında “ASAN xidmət” modelinin Pakistana ixrac olunmasına dair müzakirələr aparılıb. Səfir öz növbəsində bu modelin onda yüksək təəssürat yaratdığını və bu təcrübənin Pakistanda tətbiq olunmasına dair əməli fəaliyyətin həyata keçirilməsinə hazır olduqlarını bildirib, habelə bu istiqamətdə ikitərəfli sazişin yaxın zaman ərzində imzalanmasını təklif edib.