Son Xəbərlər
Prezident İlham Əliyev qeyri-neft-qaz malları üzrə ixracın dəstəklənməsi ilə
Xəbər verdiyimiz kimi, “Narmiw.Niko” bloqunun sahibi Nərmin Əliyevanın bacısı
Türkiyənin Tokat vilayətinin Artova rayonunda qayınatasını döyərək öldürdüyü
AXCP sədri Əli Kərimli barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin
Bu gün “Qarabağ”ın Avropa Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibinin
“Yeni Dövlət Proqramı 2026-2030-cu illərdə kənd təsərrüfatı məhsullarının
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 16-da Müqəddəs
Jurnalist vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə ödəniş ləğv
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya
Birinci Xanımların Qlobal Akademiyasının (Global First Ladies Academy) ABŞ-də

Azərbaycanda siqaretin qiyməti niyə artdı?

03 mar 2025, 16:33
Azərbaycanda siqaretin qiyməti niyə artdı?

Bu gündən etibarən Azərbaycanda bəzi tütün məmulatlarının qiymət artıb.

Bu barədə məlumatı siqaret satışı ilə məşğul olanlar veriblər. Bildirilib ki, siqaret satışı ilə məşğul olan şirkətlər LD, "Winston" və "Sobranie" markalı siqaretlərin (həmçinin bir neçə çeşidinin) qiymətini 0.20 AZN qaldırıb.

"Kent" markalı siqaretlərin də bahalaşacağı gözlənilir.

İqtisadçı Xalid Kərimli mövzu ilə bağlı danışıb.

O, məsələyə belə yanaşıb:

"Siqaret satanlar qiymətlərini artırıblarsa, almayaq, bu, məcburi istehlak deyil. Düzdür, tütün istehsalı və satışı ilə məşğul olan şəxslərdə bir az təmərküzləşmə var. Bir neçə iri şirkət və şəxs bunu həyata keçirir. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bu məsələ ilə məşğul olmalıdır ki, razılaşdırılmış qiymət təyin edib-etmədiklərini öyrənsin.

2025-ci ildən etibarən siqaret istehsalçılarına, satıcılarına yeni rüsum tətbiq edilməyib. Amma ümumi bizneslə əlaqədar xərclər dəyişib. Məsələn, keçən ilin ikinci yarısından etibarən enerji xərcləri artırılıb. Həmçinin minimal əməkhaqqı və kommunal xərclər də artıb. Ölkədə ümumi inflyasiya var. Bütün bu amillər sahibkarın xərcinə mənfi təsir edir".