Son Xəbərlər
Prezident İlham Əliyev qeyri-neft-qaz malları üzrə ixracın dəstəklənməsi ilə
Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasına seçkilərin 2026-cı il
Xəbər verdiyimiz kimi, “Narmiw.Niko” bloqunun sahibi Nərmin Əliyevanın bacısı
Türkiyənin Tokat vilayətinin Artova rayonunda qayınatasını döyərək öldürdüyü
AXCP sədri Əli Kərimli barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin
Bu gün “Qarabağ”ın Avropa Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibinin
“Yeni Dövlət Proqramı 2026-2030-cu illərdə kənd təsərrüfatı məhsullarının
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 16-da Müqəddəs
Jurnalist vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə ödəniş ləğv
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya

Mingəçevir-Xankəndi-Laçın və Gəncə-Xankəndi-Şuşa marşrut xətləri istifadəyə verilib

28 fev 2025, 15:15
Mingəçevir-Xankəndi-Laçın və Gəncə-Xankəndi-Şuşa marşrut xətləri istifadəyə verilib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Mingəçevir-Xankəndi-Laçın və Gəncə-Xankəndi-Şuşa marşrut xətləri üzrə sərnişin daşımalarına başlayıb.

Liderxeber.az bu barədə AYNA-ya istinadən xəbər verir. 

Bundan başqa, məlumata görə, 2024-cü ilin sentyabr ayından 2025-ci ilin 25 fevralına qədər Xankəndi-Bərdə və Bakı-Xankəndi-Laçın müntəzəm şəhərlərarası reysləri vasitəsilə 1 270 reys üzrə 11 682 sərnişin daşınıb.

İşğaldan azad olunmuş ərazilərdə yol infrastrukturu və məskunlaşma planlarına əsasən mərhələli qaydada digər müntəzəm şəhərlərarası marşrut xətlərinin təşkili də nəzərdə tutulur.

Hazırda işğaldan azad olunmuş ərazilərə vətəndaş səfərlərinin təşkili üçün kifayət qədər marşrut və avtobuslar mövcuddur və daşımalar sərnişin tələbatına uyğun olaraq tənzimlənir. Bununla yanaşı, vətəndaşların işğaldan azad olunmuş ərazilərə üç istiqamət üzrə – Şuşa, Laçın və Suqovuşana fərdi nəqliyyat vasitələri ilə də səfər etmək imkanı vardır.

2022-ci ilin yanvar ayından ölkə vətəndaşlarının işğaldan azad edilmiş əraziləri ziyarət etməsi məqsədilə 5 istiqamət olmaqla, Bakı – Şuşa – Bakı, Bakı – Ağdam – Bakı, Bakı – Füzuli Bakı, Əhmədbəyli – Şuşa – Əhmədbəyli, Bərdə – Ağdam – Bərdə reysləri fəaliyyətə başlayıb. Sözügedən reyslər üzrə vətəndaşlar “yolumuzqarabaga.az” portalı üzərindən bilet əldə edərək işğaldan azad edilmiş əraziləri müəyyən edilmiş saatlarda ziyarət ediblər.