Son Xəbərlər
Dünya şöhrətli idman xadimi, "Şöhrət" ordenli, Əməkdar bədən
İran İsrailin Livana vuracağı hər hansı yeni zərbəni Vaşinqton ilə Tehran
TRT-nin şərhçisi Murat Ekrem Çimen ötən gün dünya çempionatının qrup
İyunun 17-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
Prezident İlham Əliyev qeyri-neft-qaz malları üzrə ixracın dəstəklənməsi ilə
Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasına seçkilərin 2026-cı il
Xəbər verdiyimiz kimi, “Narmiw.Niko” bloqunun sahibi Nərmin Əliyevanın bacısı
Türkiyənin Tokat vilayətinin Artova rayonunda qayınatasını döyərək öldürdüyü
AXCP sədri Əli Kərimli barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin
Bu gün “Qarabağ”ın Avropa Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibinin

Direktorlara 8 Martla bağlı - Xəbərdarlıq

27 fev 2025, 16:13
Direktorlara 8 Martla bağlı - Xəbərdarlıq

Paytaxtın ümumi təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirilib.

Liderxeber.az xəbər verir ki, görüşdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdir müavini Xəyalə Əhmədzadə, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli, Keyfiyyətə nəzarət və monitorinq sektorunun müdiri Fidan Nəcəfova və məktəb direktorları iştirak ediblər.

Görüşdə vətəndaş məmnuniyyəti, birinci sinfə qəbul, qurumlararası əməkdaşlıq, rəqəmsal məktəb platforması üzrə fəaliyyət, PİSA 2025 tədqiqatının təşkili və digər mövzularda müzakirələr aparılıb.

BŞTİ-nin müdir müavini Xəyalə Əhmədzadə qarşıdakı dövr üçün nəzərdə tutulan bir sıra məsələlərə nəzarətin artırılmasının, o cümlədən qurumlararası və daxili kommunikasiyanın gücləndirilməsinin vacibliyinə toxunub. Müdir müavini tədrisin təşkilində məktəb direktorlarının üzərinə düşən məsuliyyətin düzgün dəyərləndirilməsinin əhəmiyyətini vurğulayıb, müvafiq tövsiyələr verib.

Agentliyin sektor müdiri Fidan Nəcəfova ümumi təhsil müəssisələrində proseslərin elektronlaşdırılması çərçivəsində fəaliyyətə başlayan “Rəqəmsal məktəb” platformasının əhəmiyyəti barədə danışıb. Sektor müdiri PİSA 2025 beynəlxalq şagird qiymətləndirmə tədqiqatında uğurlu nəticələrin əldə olunmasında məktəb, müəllim və şagirdlərin üzərinə düşən vəzifələrdən söz açıb, IV-VI siniflər üzrə monitorinqlərin təşkili ilə bağlı bəzi məqamları diqqətə çatdırıb.

Görüşdə şagird yerdəyişməsi, birinci sinfə qəbul,  məktəb-icma əlaqələrinin tədrisin keyfiyyətinin artırılmasına təsiri, valideyn təşəbbüslərinin tənzimlənməsi, xüsusilə 8 Mart - Beynəlxalq Qadınlar Günü ərəfəsində təhsil müəssisələrinə göndərilən təlimata əməl olunmasının zəruriliyi ilə bağlı fikirlər səsləndirilib, müvafiq tapşırıqlar verilib.

Daha sonra məktəb direktorları ilə bir sıra aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb, onları maraqlandıran suallara cavab verilib, müvafiq təklif və tövsiyələr səsləndirilib.