Son Xəbərlər
Dünya şöhrətli idman xadimi, "Şöhrət" ordenli, Əməkdar bədən
İran İsrailin Livana vuracağı hər hansı yeni zərbəni Vaşinqton ilə Tehran
TRT-nin şərhçisi Murat Ekrem Çimen ötən gün dünya çempionatının qrup
İyunun 17-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
Prezident İlham Əliyev qeyri-neft-qaz malları üzrə ixracın dəstəklənməsi ilə
Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasına seçkilərin 2026-cı il
Xəbər verdiyimiz kimi, “Narmiw.Niko” bloqunun sahibi Nərmin Əliyevanın bacısı
Türkiyənin Tokat vilayətinin Artova rayonunda qayınatasını döyərək öldürdüyü
AXCP sədri Əli Kərimli barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin
Bu gün “Qarabağ”ın Avropa Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibinin

Ombudsman Xocalı soyqırımının ildönümü ilə əlaqədar Ukraynada keçirilmiş anım tədbirində onlayn qaydada iştirak edib

26 fev 2025, 20:52
Ombudsman Xocalı soyqırımının ildönümü ilə əlaqədar Ukraynada keçirilmiş anım tədbirində onlayn qaydada iştirak edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva ölkəmizin Ukraynanın Xarkov şəhərində fəxri konsulunun təşkilatçılığı ilə Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar keçirilmiş anım tədbirində onlayn qaydada iştirak edib.

Liderxeber.az xəbər verir ki, Ombudsman tədbirdə çıxışı zamanı Ermənistan silahlı qüvvələrinin keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının dəstəyi ilə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində dinc əhaliyə qarşı həyata keçirdiyi soyqırımı hadisəsi barədə ətraflı məlumat verib.

Müvəkkil soyqırımı nəticəsində fundamental insan hüquqlarının, beynəlxalq humanitar hüququn norma və prinsiplərinin kobud şəkildə pozulduğunu, 613 Xocalı sakini, o cümlədən 63 uşaq, 106 qadın və 70 ahıl şəxsin amansızlıqla qətlə yetirildiyini diqqətə çatdırıb. O, həmçinin həmin vaxt girov götürülmüş 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyinin hələ də naməlum olaraq qaldığını qeyd edib.

Ombudsman hər il Xocalı soyqırımının ildönümü ilə bağlı müvafiq bəyanatların hazırlanaraq beynəlxalq təşkilatlara təqdim edildiyini, lakin ölkəmizə qarşı nümayiş olunan ikili standartlar səbəbindən bu cinayətə indiyədək beynəlxalq səviyyədə siyasi və hüquqi qiymət verilmədiyini bildirib.

Səbinə Əliyeva Xocalı sakinlərinə qarşı törədilmiş cinayət əməllərinin soyqırımı kimi tövsif edilməsinin, cinayətkarların məsuliyyətə cəlb olunmalarının əhəmiyyətini vurğulayıb.