Son Xəbərlər
Dünya şöhrətli idman xadimi, "Şöhrət" ordenli, Əməkdar bədən
İran İsrailin Livana vuracağı hər hansı yeni zərbəni Vaşinqton ilə Tehran
TRT-nin şərhçisi Murat Ekrem Çimen ötən gün dünya çempionatının qrup
İyunun 17-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
Prezident İlham Əliyev qeyri-neft-qaz malları üzrə ixracın dəstəklənməsi ilə
Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasına seçkilərin 2026-cı il
Xəbər verdiyimiz kimi, “Narmiw.Niko” bloqunun sahibi Nərmin Əliyevanın bacısı
Türkiyənin Tokat vilayətinin Artova rayonunda qayınatasını döyərək öldürdüyü
AXCP sədri Əli Kərimli barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin
Bu gün “Qarabağ”ın Avropa Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibinin

Bəhruz Əsgərov vəzifəsindən azad edildi

22 fev 2025, 13:09
Bəhruz Əsgərov vəzifəsindən azad edildi

“Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib.

Liderxeber.az xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov Sərəncam imzalayıb.

Sərəncama əsasən, Bəhruz Əsgərov “Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin İdarə Heyətinin sədri vəzifəsindən azad olunub.

Qeyd edək ki, Bəhruz Əsgərov Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 16.06.2009-cu il tarixli Fərmanına əsasən “Naxçıvan Avtomobil Yolları Dövlət Şirkəti”nə baş direktor təyin olunub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 14.02.2018-ci il tarixli Fərmanı ilə “Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” yaradılıb. 

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 17.11.2023-cü il tarixli Fərmanı ilə “Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsə çevrilib.