Son Xəbərlər
Dünya şöhrətli idman xadimi, "Şöhrət" ordenli, Əməkdar bədən
İran İsrailin Livana vuracağı hər hansı yeni zərbəni Vaşinqton ilə Tehran
TRT-nin şərhçisi Murat Ekrem Çimen ötən gün dünya çempionatının qrup
İyunun 17-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
Prezident İlham Əliyev qeyri-neft-qaz malları üzrə ixracın dəstəklənməsi ilə
Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasına seçkilərin 2026-cı il
Xəbər verdiyimiz kimi, “Narmiw.Niko” bloqunun sahibi Nərmin Əliyevanın bacısı
Türkiyənin Tokat vilayətinin Artova rayonunda qayınatasını döyərək öldürdüyü
AXCP sədri Əli Kərimli barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin
Bu gün “Qarabağ”ın Avropa Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibinin

Axşam Bakıya yenə qar yağacaq

22 fev 2025, 11:29
Axşam Bakıya yenə qar yağacaq

Azərbaycanda bu gün saat 10:00-a olan faktiki hava açıqlanıb.

Liderxeber.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, ölkə ərazisinin bəzi bölgələrində, eyni zamanda Bakıda və Abşeron yarımadasında yağan qarda fasilə yaranıb.

Rayonlarda - Balakən, Sarıbaş, Zaqatala, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Şamaxı, Qobustan, Naxçıvan, Şahbuz, Culfa, Gədəbəy, Göyçay, Beyləqan, Sabirabad, Biləsuvar, Yardımlı, Lerik, Astarada isə qar yağmağa davam edir.

Yağan qarın hündürlüyü Zaqatalanın dağlıq ərazilərində (Əlibəy) 80 sm, Qaxda (Sarıbaş) 55, Lerikdə 37 sm, Şəkidə 34, Oğuzda 22, Balakəndə 20, Qırızda 19, Kəlbəcər və Qəbələdə 18, Şamaxı, Daşkəsən, Şahbuzda 15, Şahdağda 16, Xaltan və Astarada 14, Naxçıvan, Laçın, Qubadlı, Altıağac, Göygöl, Gədəbəydə 12, İsmayıllıda 11 sm, Xınalıq, Kəlvəz, Şuşada 10, Qusar, Göyçayda 9, Yardımlıda 7, Xankəndi, Xocalı, Quba, Lənkəran və Zərdabda 6, Ağsu, Qobustan, Biləsuvarda 5, Tərtər, İmişlidə 4, Culfada 3, Füzulidə 2, Şərur, Kürdəmirdə 1, Bakıda və Abşeron yarımadasında isə 7 sm-dir.

Havanın minimmal temperaturu Bakıda və Abşeron yarımadasında və Aran rayonlarında 4, Naxçıvan MR-da 9, dağlıq rayonlarda 20 dərəcəyədək şaxta qeydə alınıb.

Yaranan fasilədən sonra 22-si axşamdan yenidən qarın yağması gözlənilir.