Son Xəbərlər
Dünya şöhrətli idman xadimi, "Şöhrət" ordenli, Əməkdar bədən
İran İsrailin Livana vuracağı hər hansı yeni zərbəni Vaşinqton ilə Tehran
TRT-nin şərhçisi Murat Ekrem Çimen ötən gün dünya çempionatının qrup
İyunun 17-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
Prezident İlham Əliyev qeyri-neft-qaz malları üzrə ixracın dəstəklənməsi ilə
Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasına seçkilərin 2026-cı il
Xəbər verdiyimiz kimi, “Narmiw.Niko” bloqunun sahibi Nərmin Əliyevanın bacısı
Türkiyənin Tokat vilayətinin Artova rayonunda qayınatasını döyərək öldürdüyü
AXCP sədri Əli Kərimli barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin
Bu gün “Qarabağ”ın Avropa Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibinin

Ağdərə, Xocalı və Xankəndidə 1, Ağdamda isə 3 məktəbin tikintisi başa çatmaq üzrədir

20 fev 2025, 11:29
Ağdərə, Xocalı və Xankəndidə 1, Ağdamda isə 3 məktəbin tikintisi başa çatmaq üzrədir

Prezidentin izi ilə Ağdam, Xocalı və Xankəndiyə təşkil olunan mediatur başlayıb.

Liderxeber.az xəbər verir ki, media nümayəndələri ilk olaraq Ağdam şəhər 1 nömrəli tam orta məktəbdə aparılan tikinti işləri ilə tanış olublar.

Onlara ümumi sahəsi 4300 kvadratmetrdən çox olan yeni məktəb binası barədə ətraflı məlumat verilib.

Qarabağ Regional Təhsil İdarəsinin müdiri Sənan Məsimli jurnalistlərə açıqlamasında bildirib ki, üç mərtəbədən ibarət olan məktəb 960 şagird yerlikdir:

“Məktəb binası kitabxana, muzey, iki yeməkxana, fənn kabinetləri ilə yanaşı, fizika, kimya, biologiya laboratoriyaları, akt və idman zalları, həmçinin 8 STEAM və digər inzibati otaqlarla təmin olunub”.

O qeyd edib ki, məktəb binasının tikintisinin 2025-ci ildə başa çatdırılması nəzərdə tutulur:

“Həmçinin qeyd edim ki, Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində Ağdərə, Xocalı və Xankəndidə 1, Ağdamda isə 3 məktəbin tikintisi hazırda başa çatmaq üzrədir”.