Son Xəbərlər
Dünya şöhrətli idman xadimi, "Şöhrət" ordenli, Əməkdar bədən
İran İsrailin Livana vuracağı hər hansı yeni zərbəni Vaşinqton ilə Tehran
TRT-nin şərhçisi Murat Ekrem Çimen ötən gün dünya çempionatının qrup
İyunun 17-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
Prezident İlham Əliyev qeyri-neft-qaz malları üzrə ixracın dəstəklənməsi ilə
Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasına seçkilərin 2026-cı il
Xəbər verdiyimiz kimi, “Narmiw.Niko” bloqunun sahibi Nərmin Əliyevanın bacısı
Türkiyənin Tokat vilayətinin Artova rayonunda qayınatasını döyərək öldürdüyü
AXCP sədri Əli Kərimli barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin
Bu gün “Qarabağ”ın Avropa Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibinin

Samirə Musayeva: "Mobil tətbiqlər üzərindən göstərilən verg xidmətlərinin sayı artırılacaq"

19 fev 2025, 16:03
Samirə Musayeva: "Mobil tətbiqlər üzərindən göstərilən verg xidmətlərinin sayı artırılacaq"

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) mobil tətbiqlər üzərindən göstərilən xidmətlərin sayının artırılmasını planlaşdırır.

Bunu Liderxeber.az-a müsahibəsində DVX-nın rəis müavini Samirə Musayeva deyib.

Onun sözlərinə görə, vergi ödəyicilərinə təqdim edilən elektron xidmətlərin sayı və funksionallığı artırılacaq: "Hazırda mövcud olan 70-dən çox elektron xidmətin daha da genişləndirilməsi, xüsusilə mikro və kiçik sahibkarlar üçün vergi əməl etmə prosesinin daha da sadələşdirilməsi planlaşdırılır.

Bunlar arasında mobil tətbiqlər üzərindən göstərilən xidmətlərin artırılması, vergi bəyannamələrinin öncədən doldurularaq vergi ödəyicilərinə təqdim edilməsi, vergi ödəyicilərinin risklər barədə vaxtında məlumatlandırılması kimi yeniliklər var. Həmçinin sahibkarların işlədikləri digər vergi ödəyicilərinin potensial vergi riskləri barədə əvvəlcədən məlumatlandırılması kimi preventiv yanaşmalar tətbiq ediləcək. Bunun hesabına gələcək vergi nəzarəti tədbirləri zamanı ciddi maliyyə sanksiyalarından kənarda qalacaqlar".

S. Musayeva qeyd edib ki, bu yeniliklər bir tərəfdən vergi ödəyicilərinin hüquqlarının qorunmasına və onların potensial vergi pozuntularından əvvəlcədən xəbərdar edilməsinə imkan verəcək, digər tərəfdən isə vergi orqanlarının fiskal dayanıqlığı təmin etməklə bağlı funksiyalarını daha effektiv yerinə yetirməsinə kömək edəcək.

Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.