Son Xəbərlər
Dünya şöhrətli idman xadimi, "Şöhrət" ordenli, Əməkdar bədən
İran İsrailin Livana vuracağı hər hansı yeni zərbəni Vaşinqton ilə Tehran
TRT-nin şərhçisi Murat Ekrem Çimen ötən gün dünya çempionatının qrup
İyunun 17-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
Prezident İlham Əliyev qeyri-neft-qaz malları üzrə ixracın dəstəklənməsi ilə
Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasına seçkilərin 2026-cı il
Xəbər verdiyimiz kimi, “Narmiw.Niko” bloqunun sahibi Nərmin Əliyevanın bacısı
Türkiyənin Tokat vilayətinin Artova rayonunda qayınatasını döyərək öldürdüyü
AXCP sədri Əli Kərimli barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin
Bu gün “Qarabağ”ın Avropa Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibinin

ATMU Qarabağ Universiteti ilə əməkdaşlıq edəcək

07 fev 2025, 14:31
ATMU Qarabağ Universiteti ilə əməkdaşlıq edəcək

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Qarabağ Universitetinin nümayəndə heyəti ilə görüş keçirilib.

ATMU-dan verilən xəbərə görə, nümayəndə heyətinin tərkibi Qarabağ Universitetinin rektor müşaviri Hamiz Mahmudov, universitetin dekanı Ceyhun Məmmədov və Ankara Hacı Bayram Vəli Universitetindən Qarabağ Universitetinə qonaq professorlar qismində dəvət olunmuş Evrən Güçər və Metexan Tolondan ibarət olub.

ATMU-nun rektoru İlham Mədətov qonaqları rəhbərlik etdiyi ali təhsil müəssisəsində salamlamaqdan məmnunluğunu bildirib. Rektor universitetin yaranma tarixi, tədris sisteminin təşkili, təhsil proqramları, beynəlxalq əlaqələrin inkişaf tendensiyası və digər məsələlər haqqında ətraflı məlumat verib və ATMU olaraq Qarabağ Universiteti ilə akademik əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduqlarını vurğulayıb.

Daha sonra Qarabağ Universitetinin rektor müşaviri Hamiz Mahmudov çıxış edərək Qarabağ Universitetində görülən işlər və qarşıdakı planlar haqqında məlumat verib. Görüşdə Xankəndi şəhərində Ankara Hacı Bayram Vəli Universiteti və Qarabağ Universitetinin birgə təşkilatçılığı ilə keçirilməsi planlaşdırılan 6-cı Beynəlxalq Səyahət və Turizm Dinamikası Konfransına dair məsələlər də müzakirə edilib. Qarabağ Universiteti və Ankara Hacı Bayram Veli Universitetinin birgə təklifi ilə ATMU bu konfransın təşkilində tərəfdaş universitet kimi iştirak edəcəkdir.

Konfransın əsas mövzusu turizmin mərkəzində dayanan “Mədəni irs” olaraq müəyyən edilib. Məqsəd mədəni irsin qorunması, yenidən şərh edilməsi və davamlılıq çərçivəsində turizm vasitəsilə necə transformasiya olunduğunu müzakirə etməkdir.

Qeyd olunub ki, dünyanın müxtəlif ölkələrindən aidiyyəti mütəxəssislər, akademik heyət üzvləri, tədqiqatçılar, sektor nümayəndələri və tələbələr bu unikal platformada bir araya gələrək bilik mübadiləsi və əməkdaşlıq imkanlarını dəyərləndirəcəklər.