Son Xəbərlər
İlham Heydər oğlu Əliyev. Dünyanı ayağa qaldıran, düşməni diz çökdürən əbədi
İçməli su bir neçə kateqoriyaya bölünür, xüsusiyyətlərinə və saxlama müddətinə
Meyvə yemək xeyirlidir. Lakin çoxları bilmir ki, axşam və ya yatmazdan əvvəl
İraq Şam İslam Dövləti (İŞİD) terror qruplaşmasının lideri dekabrın 19-da
Şuşa şəhərinə növbəti köç karvanı Bakıda yola salınıb. Liderxeber.az xəbər
Azərbaycan hərbçisi Ermənistanla şərti sərhəd istiqamətində minaya düşüb.
ABŞ-li milyarder və "X" sosial şəbəkəsinin sahibi İlon Mask siyasi
Çin Xalq Respublikasının Sədri Si Cinpin Azərbaycan Prezidenti İlham Əliyevi
Bakıda yerləşən Dreamland kompleksində “Marga” sağlamlıq mərkəzinin möhtəşəm
Prezident İlham Əliyev Məmməd Bahəddin oğlu Əhmədzadənin Azərbaycan
banner

“Sənaye müəssisələrinin baş planları. Layihələndirmə normaları” təsdiqlənib

11 dek 2024, 10:05
“Sənaye müəssisələrinin baş planları. Layihələndirmə normaları” təsdiqlənib

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyası “Sənaye müəssisələrinin baş planları.

Layihələndirmə normaları”nı təsdiq edib.

Liderxeber.az xəbər verir ki, bununla bağlı Komitənin (Kollegiyanın) sədri Anar Quliyev yeni qərar imzalayıb.

Qərara əsasən, bu layihələndirmə normaları inşa edilən və yaxud yenidən qurulan istehsalat obyektlərinin, o cümlədən ayrı-ayrı torpaq sahələrində, istehsalat zonalarında, texnoparklarda, sənaye parklarında, məhəllə və klasterlərində yerləşdirilən müxtəlif sahələr üzrə sənaye müəssisələrinin, mühəndis təminatı, nəqliyyat, rabitə, anbar və kommunal obyektlərinin baş planlarının işlənib hazırlanmasına şamil edilir.

Bundan başqa, istehsalın və təbii şəraitin xüsusiyyətləri əsasında istehsalat obyektlərinin bina və qurğuları aşağıdakı tələblərin mümkün qədər yerinə yetirilməsini nəzərə almaqla yerləşdirilməlidir:

- binanın və işıq fənərlərinin boyuna oxları meridiana 45º-dən 110º-yə qədər olan hüdudlarda yönəlməlidir;

-binanın yerləşgələrinin aerasiyası üçün istifadə olunan boşluqlu divarların və aerasiya fənərlərinin boyuna oxlarını planda, ilin yay mövsümündə hakim küləklərin istiqamətinə perpendikulyar və ya 45º-dən az olmayan bucaq altında yönəltmək lazımdır;

- qar örtüyü 50 sm-dən və ya daşınan qarın miqdarı ildə ərazinin hər 1 metrinə 200 m3-dən çox olan ərazilərdə müəssisənin meydançasının birbaşa havalandırılması təmin edilməlidir. Bunun üçün əsas keçidlər, böyük binaların və fənərin uzununa oxları ilin qış mövsümündə hakim küləklərin istiqamətinə nəzərən 45º-dən çox olmayan bucaq altında yerləşdirilməlidir;

- qumun küləklərlə sovrularaq geniş miqyasda yerdəyişdiyi ərazilərdə daha uzun və hündür binaları qumun sovrularaq yerdəyişdiyi axına perpendikulyar olmaqla meydançanın küləklənən tərəfinə doğru yerləşdirmək lazımdır, həmçinin yaşıllıq zolağı (eni 20 m-dən az olmamaqla) və ya qoruyucu sipərlər nəzərdə tutulmalıdır.

Komitənin Ümumi işlər və ictimaiyyətlə əlaqələr şöbəsinə, eləcə də Hüquq şöbəsinə tapşırılıb ki, yeni qərarı Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 gün müddətində Ədliyyə Nazirliyinə təqdim etsin.