Son Xəbərlər
"ABŞ və İran arasındakı ziddiyyətlərin aradan qaldırılmasına dair
“Əl-Ərəbiyyə” Vaşinqton və Tehran arasında imzalanması gözlənilən 14 bəndlik
“Narmiw.Niko” bloqunun sahibi Nərmin Əliyevanın qəzada vəfat edən bacısı
“Resmi Gazete”də Türkiyə Böyük Millət Məclisinin (TBMM) yay tətilinə çıxmaması
“Mərkəzi Nəbatat Bağı” Publik Hüquqi Şəxsin İdarə Heyətinin sədri Əli Cəfərov
Dövlət Su Ehtiyatları Agentliyinin Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti
DÇ-2026-nın qrup mərhələsi çərçivəsində baş tutacaq Argentina - Əlcəzair
Fransada keçirilən G7 (Böyük Yeddilik) sammiti çərçivəsində Ukrayna Prezidenti
Dünya şöhrətli idman xadimi, "Şöhrət" ordenli, Əməkdar bədən
İran İsrailin Livana vuracağı hər hansı yeni zərbəni Vaşinqton ilə Tehran

"Mobil Notariat"ın veb-sayt versiyası istifadəyə verildi

09 dek 2024, 15:04
"Mobil Notariat"ın veb-sayt versiyası istifadəyə verildi

Notariat xidmətlərinin bütün növ platforma istifadəçiləri üçün daha əlçatan olması məqsədilə artıq "Mobil Notariat" tətbiqinin veb-sayt versiyası - "notariat.az" istifadəyə verilib.

Yeni istifadəyə verilmiş veb-sayt vasitəsilə etibarnamə və ərizələr də daxil olmaqla, 15 xidmət üzrə əməliyyatları elektron şəkildə həyata keçirmək mümkündür.

Bu xidmətlər arasında ərizə və etibarnamə verilməsi, vərəsəlik işlərinin və sənədlərin yoxlanılması, həmçinin digər sənədlərin rəsmiləşdirilməsi xidmətləri də istifadəçilər üçün əlçatandır.

Qeyd edək ki, "Mobil Notariat" mobil tətbiqi və veb-sayt 24/7 rejimində fəaliyyət göstərir. Həftəsonu və bayram günlərində də xidmətlərdən istifadə etmək mümkündür.

İstifadəçilər mobil tətbiqdə və veb-saytda bütün notariat hərəkətləri ilə bağlı sənədlərini şəxsi kabinetdə görə, sənədlərin statusunu izləyə, sənədlərlə bağlı əməliyyatlar həyata keçirə, onların elektron versiyasından istifadə edə, həmçinin sənədlərin qüvvədən düşməsi ilə bağlı bildirişi dərhal əldə edə bilər.

Xidmət yalnız ölkə daxilində yaşayan vətəndaşlar üçün deyil, həm də xaricdə yaşayan Azərbaycan vətəndaşları, müvəqqəti və ya daimi yaşayış icazəsi olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün də əlçatandır.

Veb-sayt barədə ətraflı məlumatla videoya keçid edərək tanış olmaq mümkündür.