Son Xəbərlər
"ABŞ və İran arasındakı ziddiyyətlərin aradan qaldırılmasına dair
“Əl-Ərəbiyyə” Vaşinqton və Tehran arasında imzalanması gözlənilən 14 bəndlik
“Narmiw.Niko” bloqunun sahibi Nərmin Əliyevanın qəzada vəfat edən bacısı
“Resmi Gazete”də Türkiyə Böyük Millət Məclisinin (TBMM) yay tətilinə çıxmaması
“Mərkəzi Nəbatat Bağı” Publik Hüquqi Şəxsin İdarə Heyətinin sədri Əli Cəfərov
Dövlət Su Ehtiyatları Agentliyinin Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti
DÇ-2026-nın qrup mərhələsi çərçivəsində baş tutacaq Argentina - Əlcəzair
Fransada keçirilən G7 (Böyük Yeddilik) sammiti çərçivəsində Ukrayna Prezidenti
Dünya şöhrətli idman xadimi, "Şöhrət" ordenli, Əməkdar bədən
İran İsrailin Livana vuracağı hər hansı yeni zərbəni Vaşinqton ilə Tehran

“Equinor” Azərbaycandakı aktivlərinin satışından 745 milyon dollar əldə edəcək

09 dek 2024, 12:51
“Equinor” Azərbaycandakı aktivlərinin satışından 745 milyon dollar əldə edəcək

Norveçin “Equinor” şirkəti Azərbaycandakı aktivlərinin satışından 745 milyon ABŞ dolları əldə edəcək.

Bu barədə Liderxeber.az şirkətin bəyanatına istinadən məlumat verir.

“Equinor” vurğulayıb ki, şirkətin 30 ildən çox əməkdaşlıq etdiyi Azərbaycan və Nigeriyadan çıxmasına səbəb olan sövdələşmələr müvafiq olaraq 29 noyabr və 6 dekabrda bağlanıb.

"Şirkət Azərbaycan və Nigeriyada hasilat aktivlərindən çıxmaq üçün ümumi dəyəri 2 milyard ABŞ dollarına qədər olan sövdələşmələri başa çatdırıb. Bu məbləğdən 745 milyon ABŞ dollarına şirkətin Azərbaycan portfelinin satışından əldə edəcəyi vəsaitdir. Nigeriya üzrə sövdələşmə 710 milyon ABŞ dollarına alış və şərti ödənişlər daxil olmaqla 1,2 milyard ABŞ dollarına qədər qiymətləndirilib", - məlumatda qeyd olunub.

Bu ilin yanvar-sentyabr aylarında şirkətin Azərbaycan və Nigeriyada gündəlik hasilatının ümumi həcmi müvafiq olaraq 24 600  18 700 barel neft təşkil edib. Sövdələşmələrin bağlanması bu ilin dördüncü rübündə şirkətin pul axınına müsbət təsir göstərəcək.

“Equinor” 2023-cü ildə Azərbaycan və Nigeriyada aktivlərinin satışı və əməliyyatlardan çıxması barədə elan edib. Şirkətdən vurğulanıb ki, bu sövdələşmələr onun neft-qaz portfelinin optimallaşdırılması strategiyasına uyğundur və daha fokuslanmış, etibarlı beynəlxalq portfel yaradacaq.

"Bu sövdələşmələr beynəlxalq portfelimizə diqqət yetirməyimizə kömək edir. Son alışlar və rəqabətqabiliyyətli layihələrə investisiyalarla birlikdə biz uzunmüddətli perspektivdə davamlı istehsal və mənfəəti təmin etməyi hədəfləyirik", - “Equinor”un beynəlxalq kəşfiyyat və hasilat üzrə icraçı vitse-prezidenti Filip Matye bildirib.

"Azərbaycan və Nigeriya onilliklər boyu beynəlxalq portfelimizin mühüm ölkələri olub. Tərəfdaşlar və təchizatçılarla birlikdə biz “Equinor” və bütövlükdə cəmiyyət üçün əhəmiyyətli dəyər yaratmışıq", - o əlavə edib.

Xatırladaq ki, 2023-cü il dekabrın 22-də “Equinor” Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Azərbaycandakı aktivlərinin Dövlət Neft Şirkətinə satışına dair müqavilə bağlayıb. O cümlədən “Equinor” SOCAR-a AÇG blokunun və BTC neft kəmərinin işlənməsi layihələrində iştirak paylarını və “Qarabağ” yatağının işlənməsi layihəsindəki 50 % payını satıb. “Qarabağ” layihəsində iştirak payının satışı üzrə sövdələşmə bu ilin aprelində başa çatdırılıb.

2024-cü ilin iyulunda Norveç şirkəti SOCAR və “ONGC Videsh Limited” ilə "Azəri-Çıraq-Günəşli" və Bakı-Tbilisi-Ceyhandakı paylarının satışına dair artıq dəyişdirilmiş və yekun müqavilə imzalayıb.