Son Xəbərlər
"ABŞ və İran arasındakı ziddiyyətlərin aradan qaldırılmasına dair
“Əl-Ərəbiyyə” Vaşinqton və Tehran arasında imzalanması gözlənilən 14 bəndlik
“Narmiw.Niko” bloqunun sahibi Nərmin Əliyevanın qəzada vəfat edən bacısı
“Resmi Gazete”də Türkiyə Böyük Millət Məclisinin (TBMM) yay tətilinə çıxmaması
“Mərkəzi Nəbatat Bağı” Publik Hüquqi Şəxsin İdarə Heyətinin sədri Əli Cəfərov
Dövlət Su Ehtiyatları Agentliyinin Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti
DÇ-2026-nın qrup mərhələsi çərçivəsində baş tutacaq Argentina - Əlcəzair
Fransada keçirilən G7 (Böyük Yeddilik) sammiti çərçivəsində Ukrayna Prezidenti
Dünya şöhrətli idman xadimi, "Şöhrət" ordenli, Əməkdar bədən
İran İsrailin Livana vuracağı hər hansı yeni zərbəni Vaşinqton ilə Tehran

Masazırda küçələri su basdı: Sakinlər təxliyə edilirlər

09 dek 2024, 10:39
Masazırda küçələri su basdı: Sakinlər təxliyə edilirlər

Abşeron rayonu Masazır qəsəbəsində küçələri su basıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən Liderxeber.az-a bildirilib ki, sözügedən ərazilərin subasmaya məruz qalması ilə nazirliyin "112" qaynar telefon xəttinə məlumatlar daxil olub.

Daxil olan məlumatlar əsasında əraziyə cəlb olunan FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri tərəfindən subasma ilə əlaqədar evlərini tərk etməkdə çətinlik çəkən vətəndaşların təxliyəsi və digər təhlükəsizlik tədbirlərinin görülməsi işləri həyata keçirilir.

Sakinlərin sözlərinə görə, ötən gün yağışdan sonra Masazır qəsəbəsi, Əliağa Vahid küçəsində fərdi yaşayış evlərinin həyətlərinə su dolub:

"Kanalizasiya suyu çəkmir. Yağış suları ətrafı basıb. Evlərə su dolub. Hazırda işə getməyə tələsənlər var, su o qədər çoxdur ki, çıxıb gedə bilmirik".

Sakinlərin iddiasına görə, ərazidə yaşayan bir ailəni Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ərazidən təxliyə ediblər.

Sözügedən məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətinə və Fövqəladə Hallar Nazirliyinə sorğu ünvanlanıb.