Dekabrın 9-da saat 8:00-a olan məlumata əsasən, Bakıda və Abşeron yarımadasında yağıntılı hava şəraiti davam edir.
Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova Liderxeber.az-a bildirib ki, düşən yağıntının miqdarı 24 mm-də çatıb. Bu da aylıq normanın 81%-ni təşkil edib.
Onun sözlərinə görə, yağıntılı hava şəraitinin dekabrın 9-da günün ikinci yarısınadək davam edəcəyi gözlənilir.