Son Xəbərlər
"ABŞ və İran arasındakı ziddiyyətlərin aradan qaldırılmasına dair
“Əl-Ərəbiyyə” Vaşinqton və Tehran arasında imzalanması gözlənilən 14 bəndlik
“Narmiw.Niko” bloqunun sahibi Nərmin Əliyevanın qəzada vəfat edən bacısı
“Resmi Gazete”də Türkiyə Böyük Millət Məclisinin (TBMM) yay tətilinə çıxmaması
“Mərkəzi Nəbatat Bağı” Publik Hüquqi Şəxsin İdarə Heyətinin sədri Əli Cəfərov
Dövlət Su Ehtiyatları Agentliyinin Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti
DÇ-2026-nın qrup mərhələsi çərçivəsində baş tutacaq Argentina - Əlcəzair
Fransada keçirilən G7 (Böyük Yeddilik) sammiti çərçivəsində Ukrayna Prezidenti
Dünya şöhrətli idman xadimi, "Şöhrət" ordenli, Əməkdar bədən
İran İsrailin Livana vuracağı hər hansı yeni zərbəni Vaşinqton ilə Tehran

Yeni il tətilində dincəlmək istəyənlər - Bölgələrdə kirayə evlər neçəyədir?

06 dek 2024, 11:05
Yeni il tətilində dincəlmək istəyənlər - Bölgələrdə kirayə evlər neçəyədir?

Paytaxt sakinlərinin əksəriyyəti Yeni il bayramını daha əyləncəli keçirmək üçün Bakıdan kənara can atır.

Büdcəsi imkan verənlər xarici ölkələrə, bir qisim isə bölgələrə üz tutur. Amma daha çox insan rayonlara və əsasən də kirayə evlərə üstünlük verir. Bunun da başlıca səbəbi hotellərin qiymətinin daha yüksək olmasıdır.

Bəs bu il bölgələrdə kirayə evlərin qiyməti neçəyədir? Ümumiyyətlə, daxili turlar neçəyə başa gəlir?

Mövzu ilə bağlı Bizim.media-ya açıqlama verən turizm eksperti Ceyhun Aşurov bildirib ki, hər il bayramlarda bölgələrə istirahətə gedənlərin sayı artır:

"Böyük ehtimalla bu il də vətəndaşlarımız bayram günlərində həm ölkə daxilinə, həm də Azərbaycandan kənara səyahətlər planlaşdırırlar. Xüsusən, bu qısa müddətdə regionlara tələbat daha çox olacaq. Ona görə hazırda regionlardakı hotellər bununla bağlı təqdimatlara, kampaniyalara hazırlaşırlar. Eyni zamanda, xaricə müxtəlif istiqamətlərdə turlar təşkil olunur. 300-400 manata xarici səfər imkanları olduğunu görürük".

Ekspert deyir ki, ölkə daxilində isə bu səfərlər 100-120 manatdan başlayaraq 500 manat arasındadır:

"Hətta Yeni il şənlikləri olarsa, 1 000 və ya ondan daha yuxarı qiymətə turistik paketlər təklif olunur. Düzdür, bəzi insanlar deyirlər, bu, bahadır, bəzilərinə isə uyğun görünür. Bir qisim də hesab edir ki, bu məbləğə xaricdə dincəlmək olar. Bu da doğrudur. Amma məsələ odur ki, tələbat və ona uyğun da alıcı var".

C.Aşurovun fikrincə, ötən illə müqayisədə hotel və kirayə evlərdə qiymətlər qalxmayıb:

"Deməzdim ki, qiymətlər qalxıb. Əksinə, məkanlar çoxalıb. Hər il yeni məkanlar, hotellər açılır. Kirayə evlərin, villaların sayı artıb. Evlərdə daha uyğun qiymətə ailə ilə qalmaq mümkündür.

Bu məbləğ günü, yaxud sutkası 50-60 manatdan başlayaraq, 500 manatadək dəyişə bilir".

Ceyhun Aşurov onu da bildirib ki, dincəlmək üçün bölgələri seçənlər, əsasən, Bakıya yaxın bölgələrimizə, yolu daha asan məkanlara üz tuturlar.