Son Xəbərlər
"ABŞ və İran arasındakı ziddiyyətlərin aradan qaldırılmasına dair
“Əl-Ərəbiyyə” Vaşinqton və Tehran arasında imzalanması gözlənilən 14 bəndlik
“Narmiw.Niko” bloqunun sahibi Nərmin Əliyevanın qəzada vəfat edən bacısı
“Resmi Gazete”də Türkiyə Böyük Millət Məclisinin (TBMM) yay tətilinə çıxmaması
“Mərkəzi Nəbatat Bağı” Publik Hüquqi Şəxsin İdarə Heyətinin sədri Əli Cəfərov
Dövlət Su Ehtiyatları Agentliyinin Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti
DÇ-2026-nın qrup mərhələsi çərçivəsində baş tutacaq Argentina - Əlcəzair
Fransada keçirilən G7 (Böyük Yeddilik) sammiti çərçivəsində Ukrayna Prezidenti
Dünya şöhrətli idman xadimi, "Şöhrət" ordenli, Əməkdar bədən
İran İsrailin Livana vuracağı hər hansı yeni zərbəni Vaşinqton ilə Tehran

Aeroport yolundakı COP29 zolağında hələ də cərimə yazılır?

27 noy 2024, 15:09
Aeroport yolundakı COP29 zolağında hələ də cərimə yazılır?

Bakıda, aeroport yolunda, Binə körpüsündən şəhər istiqamətində COP29 nişanı çəkilmiş zolaqda avtomobillərin cərimələndiyi iddia olunub.

Liderxeber.az xəbər verir ki, bununla bağlı məsələ sosial şəbəkədə müzakirə mövzusuna çevrilib.

Vətəndaş iddia edib ki, zolaqda avtobus yolu olduğunu bildirən hər hansı nişanın olmamasına və COP29 zolaqlarının artıq qüvvədən düşməsinə baxmayaraq, yol kənarında olan kameralar hələ də ətrafda olan avtomobilləri çəkir.

Məsələ ilə bağlı sorğunu cavablandıran Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) ərazidəki nişanın götürüldüyünü təsdiqləyib.

"Ərazidə 5.9, avtobus zolağını bildirən yol nişan sökülüb", - deyə məlumatda bildirilir.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) baş inspektoru, polis baş leytenantı Rüstəm Əhmədli Oxu.Az-a açıqlamasında həmin zolaqla hərəkət etdiyinə görə heç bir avtomobilin cərimə olunmadığını bildirib.

"Təəssüf hissi ilə bildiririk ki, dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, bəzi sürücülər hələ də avtomobillərini ümumi istifadədə olan avtobus dayanacağı meydançasında və ya 5.12 yol nişanlarından 15 metrdən az məsafədə saxlayırlar.

Avtobusların dayanacağa daxil olmasına maneə yaradaraq qaydaları pozan sürücülərlə bağlı isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 346.2-ci maddəsinə uyğun olaraq, tədbirlər həyata keçirilir. Həmin sürücülər 40 manat məbləğində cərimə olunurlar", - deyə R.Əhmədli qeyd edib.