Son Xəbərlər
Dünya şöhrətli idman xadimi, "Şöhrət" ordenli, Əməkdar bədən
İran İsrailin Livana vuracağı hər hansı yeni zərbəni Vaşinqton ilə Tehran
TRT-nin şərhçisi Murat Ekrem Çimen ötən gün dünya çempionatının qrup
İyunun 17-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
Prezident İlham Əliyev qeyri-neft-qaz malları üzrə ixracın dəstəklənməsi ilə
Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasına seçkilərin 2026-cı il
Xəbər verdiyimiz kimi, “Narmiw.Niko” bloqunun sahibi Nərmin Əliyevanın bacısı
Türkiyənin Tokat vilayətinin Artova rayonunda qayınatasını döyərək öldürdüyü
AXCP sədri Əli Kərimli barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin
Bu gün “Qarabağ”ın Avropa Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibinin

Deputat: Mina terrorundan əziyyət çəkən insanlar üçün sığorta mexanizmləri müəyyən edilməlidir

24 okt 2024, 10:54
Deputat: Mina terrorundan əziyyət çəkən insanlar üçün sığorta mexanizmləri müəyyən edilməlidir

Mina terroruna görə məsuliyyət daşıyan şəxslər məsuliyyətə cəlb edilməlidirlər.

Liderxeber.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa "Azərbaycanda mina qurbanları: nailiyyətlər və qarşıda duran vəzifələr” mövzusunda keçirilən dəyirmi masada deyib.

O qeyd edib ki, bu reallaşdırılsa, dünya üçün də nümunə olar: "Mina terrorundan əziyyət çəkən insanlar üçün sığorta mexanizmləri müəyyən edilməlidir. Onların yalnız tibbi-psixoloji deyil, maddi yardıma da ehtiyacı var.

Elə insanlar var ki, onlar məsuliyyətsizlikdən, diqqətsizlikdən yox, öz işini, vəzifəsini həyata keçirərkən bədbəxt hadisə nəticəsində mina qurbanı olub, xəsarət alıb. Həmin şəxslərə yardım üçün təkliflər, qanunvericilikdə dəyişikliklər olmalıdır.

Dəyirmi masada bu istiqamətdə səsləndiriləcək təkliflərin parlamentə təqdim edilməsi effektiv ola bilər".