Son Xəbərlər
Futbol üzrə Azərbaycan Kubokunda 2024/2025 mövsümünün final oyununun
Türkmənlər yeni Suriya administrasiyasında təmsil olunmaq istəyirlər.
8 yanvar 2025-ci il tarixində “Kapital Bank”ın 25 000 000 (iyirmi beş milyon)
Azərbaycan “Henley & Partners” şirkətinin 2025-ci ilin I rübü üçün dərc
Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Kobaxidzeyə
2024-cü ildə Azərbaycandan hava nəqliyyatı ilə 42 ölkəyə 3 milyon 369,4 min
Bəşşar Əsəd rejiminin devrilməsindən bu yana Türkiyədən 52 min 622 suriyalı öz
Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev Azərbaycan
Azərbaycanda dövlətin qiymət tənzimlənməsi siyasəti vətəndaşların maliyyə
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki aktivi olan STAR Neft
banner

Yasamalda memarlıq abidəsinin eyvanının uçmasına münasibət bildirilib

24 okt 2024, 10:16
Yasamalda memarlıq abidəsinin eyvanının uçmasına münasibət bildirilib

Bakı şəhəri Yasamal rayonu Cəfər Cabbarlı küçəsi 4 ünvanında yerləşən yerli əhəmiyyətli memarlıq abidəsinin eyvanı uçub, ətrafda təhlükəli vəziyyət yaranıb.

Məsələ ilə bağlı Liderxeber.az-a açıqlama verən Yasamal Rayon İcra Hakimiyyətindən bildirilib ki, sözügedən bina Mədəniyyət Nazirliyinin balansındadır, qəzalı binalar sırasına daxil edilib.

Qeyd edilib ki, müvafiq qurumun ayrıdığı vəsait əsasında binada yaşayan sakinlər orada çıxarılaraq kirayə evlərə köçürülməlidir:

“O bina tam bərpa olunmalıdır. Qəzalı vəziyyətdə olduğu üçün bir neçə gün əvvəl gecə saatlarında hava şəraiti ilə əlaqədar binanın eyvanı çöküb. Hər hansı kənar müdaxilə olunmayıb. Sakinlərlə iki ildir danışıqlar aparılır, lakin binanın altında olan qeyri-yaşayış obyektləri köçməyə etiraz edir".

Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən isə bildirilib ki, bina təmir-bərpa və möhkəmləndirmə işlərinin aparılmasına ehtiyacı olan abidələr sırasındadır.

“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununa əsasən yaşayış binaları olan tarixi abidələrdə təbir-bərpa işləri mülkiyyətçi və ya balanssaxlayıcı tərəfindən, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti ilə razılaşdırmaqla həyata keçirilməlidir. Sözügedən memarlıq abidəsində də təmir-bərpa işlərinin aparılmasına icazə verilməsi ilə bağlı Dövlət Xidmətinə Bakı Şəhər İcra Hakimiyyəti Əsaslı Tikinti və Təmir MMC tərəfindən müraciət ünvanlanıb. Təqdim edilən layihədə memarlıq abidəsinin bədii-estetik görkəminin və dayanıqlığının təmin edilməsi ilə bağlı uyğunsuzluq olduğundan düzəlişlərin edilməsi üçün qarşı tərəfə göndərilib”.

Həmçinin qeyd edilib ki, hazırda həmin layihənin qanunvericilik çərçivəsində razılaşdırılması istiqamətində tədbirlər görülür.