Son Xəbərlər
Dünya şöhrətli idman xadimi, "Şöhrət" ordenli, Əməkdar bədən
İran İsrailin Livana vuracağı hər hansı yeni zərbəni Vaşinqton ilə Tehran
TRT-nin şərhçisi Murat Ekrem Çimen ötən gün dünya çempionatının qrup
İyunun 17-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
Prezident İlham Əliyev qeyri-neft-qaz malları üzrə ixracın dəstəklənməsi ilə
Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasına seçkilərin 2026-cı il
Xəbər verdiyimiz kimi, “Narmiw.Niko” bloqunun sahibi Nərmin Əliyevanın bacısı
Türkiyənin Tokat vilayətinin Artova rayonunda qayınatasını döyərək öldürdüyü
AXCP sədri Əli Kərimli barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin
Bu gün “Qarabağ”ın Avropa Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibinin

Rövşən Rüstəmov: "Naxçıvan MR dəmir yolunun yenidən qurulması üçün tam layihə sənədləri hazırlanır"

23 okt 2024, 14:57
Rövşən Rüstəmov: "Naxçıvan MR dəmir yolunun yenidən qurulması üçün tam layihə sənədləri hazırlanır"

İrana baş tutan səfərimizin əsas məğzi Ağbənd-Salam Məlik istiqamətində həyata keçiriləcək dəmir yolu xətti layihəsi ilə bağlı idi".

Liderxeber.az xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Rövşən Rüstəmov "Gələcək üçün dayanıqlı nəqliyyat" tədbirində bildirib.

O qeyd edib ki, artıq dəmir yolu Ağbənd istiqamətinə doğru sürətlə çəkilir:

"Növbəti mərhələ olaraq Naxçıvan MR dəmir yolunun yenidən qurulması üçün tam layihə sənədləri hazırlanır. İranlı həmkarlarımızla aparılan danışıqlarda isə İran tərəfdən keçəcək dəmiryol xəttinin marşrutu bir daha müzakirə olundu. Ən uyğun və optimal marşrut demək olar ki, razılaşdırılıb, körpülərin yerləri və dəmiryol xəttinin keçəcəyi marşrut üzərində son danışıqlar aparılır".